Bz. Mar 29th, 2020

“Rəfiqə Əliyevanın tələbəsi olmaq böyük həyati məktəb keçmək demək idi” – Fəxriyyə Xələfova

İctimai Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəstəyi ilə “Unutmayaq ki, unudulmayaq” adlı sosial layihə çərçivəsində Fəxri xiyabanda görkəmli kimyaçı alim, Bakı Dövlət Universitetinin ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksi ziyarət olunub.
Turkustan.info  xəbər verir ki, ziyarətçilər arasında görkəmli alimin qızı Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova,  İctimai Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, mərkəzin Türkiyədəki təmsilçisi Elman Əzizov, Moderator.az saytının baş redaktorunun müavini Günel Ələsgərova, və digər media nümayəndələri, tələbələr,  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fəxriyyə Xələfova gənclərə Rəfiqə Əliyevanın həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, həyatının böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Görkəmli alim ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərib. Analitik kimya sahəsində ilk qadın akademik olan Rəfiqə Əliyeva elmi məktəb formalaşdırıb.
Rəfiqə xanım gözəl müəllim, qayğıkeş ana və diqqətli insan idi. O, heç kəsdən qayğısını əsirgəmirdi. Onu tanıyan hər kəs onu sevərək anır. Rəfiqə Əliyeva təkcə övladları üçün deyil, həm də çalışdığı universitetin kollektivi və tələbələri üçün ana olub. Onun bütün tələbələri vurğulayırlar ki, Rəfiqə xanımın tələbəsi olmaq böyük həyati məktəb keçmək demək idi. O, fədakar insan idi, hər kəsə qayğı ilə yanaşırdı. Yüksək intellektə malik olan Rəfiqə xanım elmdə böyük irs qoyub getdi.
İctimai Siyasi Prosesləri Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli isə bildirib ki, Görkəmli alim, akademik Rəfiqə Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.  İnsanın həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar, xatirələrdir. Onun cismani yoxluğundan sonra belə xatirələri canlandırmaq, mənalandırmaq – ruhuna ehtiram etmək deməkdir. Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abədiləşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.
Layihə rəhbəri olan gənc fəal Elman Əzizov isə bildirib ki, dünya elminə qiymətli töhfələr vermiş, həyatını öz xalqına həsr etmiş insanlar heç vaxt unudulmur, onların xatirəsi əbədi yaşayır. Onlardan biri də fədakar alim və böyük pedaqoq Rəfiqə Əliyevadır. Ona görə də görkəmli alimimiz Rəfiqə xanıma həsr etdiyim “Unutmayaq ki, unudulmayaq” adlı layihəm mənim və gənclərimiz üçün böyük şərəf olacaq. Layihə Azərbaycanda və Türkiyənin Antalya şəhərində yüksək səviyədə keçilicək. Təbdirdə ziyalılar, akademiklər, alimlər Rəfiqə xanımın tələbələri və onu sevənlər iştirak edəcək”.
Qeyd edək ki, Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.  /moderator.az/
Günel Yaz

Paylaş:

mersin escort bayan mersin escort