Şb. Mar 28th, 2020

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Varlı ürək” tamaşası nümayiş olunub

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Varlı ürək” tamaşası nümayiş olunub.

Tamaşa Şəhər Mədəniyyət Evində yeni yaradılan “Xəzər ulduzları” uşaq və yeniyetmələrdən ibarət teatr studiyası tərəfindən hazırlanıb.

İki gəncin taleyindən bəhs olunan tamaşanın ssenari müəllifi və rejissoru Kamil Ağazadədir.

Tamaşada rolları  “Xəzər ulduzları” uşaq və yeniyetmələrdən ibarət teatr studiyasının həvəkar aktyorları: Əsmər Zərbəliyeva, Məryəm Hüseynzadə, Həzrin Hüseynli, Duyğu Məmmədli, Ramin Səfərov, Mərdanə Xələfova canlandırıblar.

 

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

Paylaş:

mersin escort bayan mersin escort