Ca. Apr 9th, 2020

Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

Bu dairə üzrə qeydə alınmış bir qrup namizədin şikayətləri haqqında MSK üzvü Baxşeyiş Əsgərov məlumat verib.

O qeyd edib ki, namizədlər müraciət edərək 14 seçki məntəqəsində pozuntuların olduğunu iddia ediblər.

MSK üzvü qeyd edib ki, təqdim olunan videogörüntülərdən yalnız 3-də seçicilərin iradəsinin təmin olunması mübahisəli qalıb.

Beləliklə, 9, 17 və 21 saylı seçki məntəqələrində seçkilərin nəticələri şübhə altına alına bilər.

O deyib ki, digər məntəqələrdə seçki qanunvericiliyinin pöozulması halları müəyyən edilməyib.

B. Əsgərov üzvü təklif edib ki, namizədlərin müraciətləri qismən təmin edilsin. Təklif səsə qoyulub və MSK-nın ekspert qrupunun rəyi əsasında 9, 17, 21 saylı məntəqələrin nəticələri ləğv edilib.

Qeyd edək ki, 47 saylı Seçki dairəsindən qalib namizəd Aydın Mirzəzadədir. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort