Ca. Apr 9th, 2020

Bu məntəqələrin nəticələri LƏĞV EDİLDİ – SON DƏQİQƏ

MSK-nın iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd olmuş Samirə Rəfullayevanın şikayətinə baxılıb.

Məsələ barədə məlumat verən MSK üzvü İlham Məmmədov bildirib ki, S.Rəfullayeva bu dairə üzrə pozuntular olduğunu bildirərək həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.

İlham Məmmədov qeyd edib ki, bu iddialar tam olaraq öz təsdiqini tapmayıb. Yalnız 12, 14, 16 və 18 saylı seçki məntəqələrində səslərin etibarsız hesab edilməlidir: “Bu seçki dairəsi üzrə sosial şəbəkələrdə 4 videogörüntü yayılıb. Araşdırma nəticəsində bu görüntülərdə məntəqə seçki komissiyalarının müsbət işləri də öz əksini tapıb”.

MSK 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 4 məntəqədə – 12, 14, 16 və 18 saylı məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort