Be. Apr 6th, 2020

Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bir neçə seçki dairəsindən qeydə alınmış namizədlərin şikayətləri dinlənilib.

İclasda 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd Səidə Cəbrayılovanın müraciətinə də baxılıb.

Şikayətçinin müraciəti haqqında məlumat verən MSK üzvü Qabil Orucov vurğulayıb ki, S.Cəbrayılova müraciətində 90 saylı seçki dairəsində seçkilərin ləğvini tələb edib. MSK üzvünün sözlərinə görə, araşdırma nəticəsində 90 saylı Ağdaş seçki dairəsinin 6 və 7 saylı məntəqələrində seçki qanunvericiliyinin pozulamsı halları qeydə alınıb.

Q.Orucov Ekspert Qrupu adından bu məntəqələrdə seçki nəticəslərinin ləğvini təklif edib.

Təklif səsə qoyulub və qəbul edilib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsində lider namizəd Cavid Osmanovdur. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort