Ca. Apr 9th, 2020

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

“İrəli” İctimai Birliyinin təşkilati, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən XIII qrant müsabiqəsinin qalibi Məleykə Tağızadənin “DigitaLand – Rəqəmsal Vətən” adlı fərdi layihəsinin icrası başa çatıb.

“İrəli”dən verilən məlumata görə, layihənin əsas məqsədi sosial mediadan düzgün istifadə qaydalarını təbliğ etmək, virtual müharibə mövzusundagəncləri maarifləndirmək, vətənpərvərlik anlayışınıgənclərə aşılamaq, Azərbaycan gerçəklərinitəbliğ etməkdir.

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi çərçivəsində iştirakçılar Rəqəmsal Marketinqə giriş, Sosial Media Marketinqi, Sosial Media Optimizasiyası, Virtual Müharibə mövzularında təlim və praktiki sessiyalar vasitəsilə Rəqəmsal dünyaya giriş edərək geniş məlumatlar əldə ediblər.

Layihə çərçivəsində hərbi jurnalist Rahib Qərib Virtual Müharibə mövzusuna toxunaraq İnformasiya müharibəsi, hərbi jurnalistika haqqında fikirlərini bölüşüb. Layihədə “Virtual Qarabağ” İKT Mərkəzinin sədr müavini Nail Şükürov virtual müharibə, bu mövzunun ölkədə vacibiyyəti haqqında fikirlərini bölüşüb. Layihədə təlimçi olan Şahin Rəhmanlı gənclərdə vətənpərvərlik hissi mövzusuna toxunub və layihə iştirakçılarının suallarını cavablandırıb. Sonda layihə iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olunub.

Paylaş:

mersin escort bayan mersin escort