Ca. Apr 9th, 2020

MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçi Tural Cavadzadənin şikayətinə baxılıb.

Şikayət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, müşahidəçi şikayətində qeyd edib ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin pozulması halları baş verib. O, müşahidə etdiyi məntəqədə pozuntuların olduğunu iddia edərək bu məntəqədə səsvermənin nəticələrinin ləğvini tələb edib.

R.İbrahimov bildirib ki, araşdırmalar nəticəsində müşahidəçinin iddialarının əsassız olduğu aydınlaşıb. Müəyyən olunub ki, həmin məntəqədə müşahidə aparan müxtəlif partiyaların müşahidəçiləri məntəqədə qeyd edilən pozuntuların olmadığını diqqətə çatdırıblar.

MSK üzvü təklif edib ki, Tural Cavadzadənin iddiaları əsassız olduğundan təmin edilməsin.

Təklif səs qoyulub və qəbul edilib.

Qeyd edək ki, 21 saylı Nəsimi seçki dairəsinin lider namizədi Məlahət İbrahimqızıdır.  (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort