Ca. Apr 9th, 2020

Putin Ərdoğana verdiyi sözü tutmadı, müharibə realdır – Politoloq detalları açdı

“Türkiyə ordusunun İdlib ətrafına qoşunlarını yeritməsi realdır. Çünki Rusiya və Bəşər Əsəd Ankaraya başqa alternativ qoymayıb”.

Turkustan.info xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarizmatik siyasi fiqurdur: “Görəsən, Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədə “İdlibə hücuma başla!” əmrini verdikdə nə düşünürdü? Hesab edirdi ki, dostu Ərdoğan İdlibin itirilməsi, şəhər ətrafında Türkiyə hərbçilərinin öldürülməsi və yüz minlərlə suriyalının Türkiyə sərhədinə yaxınlaşmasıyla barışacaq? Demək, Putin Ərdoğanı hələ yaxşı tanımır. Ancaq Ərdoğan da dostu Putini yaxşı tanımır, ona inanmağa çalışır”.

E.Şahinoğlunun sözlərinə görə, Kreml sahibi İstanbulda “Türk axını” boru xəttinin açılışında Ərdoğana vəd etmişdi ki, İdlib ətrafında və Liviya paytaxtı Tripolidə atəşkəsə riayət olunacaq: “Lakin bunların heç birinə riayət olunmadı. Putin Əsədə “hücuma keç” əmrini verdiyi kimi liviyalı müxalif general Haftara da “vur” əmrini verdi. Putin düşündü ki, Ərdoğan Kreml sahibinin Türkiyə əleyhinə yönələn bu əmrlərini həzm edəcək, rusiyalı turistlərin Türkiyəyə axınını, atom elektrik stansiyasının tikintisini və boru xətlərini nəzərə alaraq addım atmayacaq. Ərdoğan hazırda Putinə yanıldığını göstərməyə çalışır”.  /Publika.az/

Paylaş:

mersin escort bayan mersin escort