Ca. Apr 9th, 2020

Bu dairələrdən şikayətləri DSK-lar ARAŞDIRACAQ

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərilə əlaqədar deputatlığa namizədlərin müraciətlərinə baxılır.

Turkustan.info xəbər verir ki, ilkin olaraq, MSK katibi Arifə Muxtarovanın təqdimatı ilə 99 saylı Şəmkir kənd seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Ekspert qrupunun rəyi ilə şikayət Dairə Seçki Komissiyasına göndərilib.

Daha sonra müzakirələr zamanı 27 saylı Sabunçu ikinci və 121 saylı Laçın seçki dairələrindən edilən şikayətlərin də DSK-ya göndərilməsi qərara alınıb.

Qeyd edək ki, 99 saylı Şəmkir kənd seçki dairəsindən lider namizəd Nurlan Həsənov, 27 saylı Sabunçu ikinci seçki dairəsindən lider namizəd Əliabbas Salahzadə, 121 saylı Laçın seçki dairəsindən isə lider namizəd Mahir Abbaszadədir.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort