C. Apr 10th, 2020

Fransa polisi Elşad Abdullayevlə bağlı hərəkətə keçdi

2013-cü ildə Fransada siyasi mühacir statusu almış Bakı Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində Fransa Milli Polisinin Baş Müfəttişliyi (l’inspection générale de la policenationale (IGPN)) tərəfindən təhqiqat başlayıb.

S-2020/469 nömrəli iş KİV-də onun qanunsuz fəaliyyəti haqqında nəşrlərdən sonra açılıb, xəbəri Fransadan siyasi mühacir Ramin Nağıyev verib.

Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, igpn-signalement@interieur.gouv.fr ünvanına məlumat vermələrini xahiş edir.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatında donorların böyrəklərinin qanunsuz şəkildə əcnəbi vətəndaşlara köçürülməsi faktı üzrə cinayət işi açıldığı bildirilirdi. Söhbət 2009-cu ilin martından dekabrına qədərki dövrdən gedir.

Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib. (qaynarinfo)

Paylaş:

mersin escort bayan mersin escort