Ca. Apr 9th, 2020

Restoranda bəxşişi də kartla ÖDƏYƏCƏYİK-YENİLİK

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu məqsədlə daha bir yeniliyə imza atıb. Bank, ödənişlərini nağdsız aparmağı sevən müştərilər üçün restoran və kafelərdə hesabdan əlavə bəxşişləri də kart vasitəsilə ödəmək imkanı yaradıb.

Bu barədə bankdan verilən məlumatda bildirilib.

Qeyd edilib ki, keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan ofisiantlara sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə bir ənənədir:

“Bu ənənə Azərbaycanda da geniş yayılıb. Amma ölkəmizdə müştərilər bunun üçün nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı bir neçə kafe və restorandakı POS terminallarında pilot olaraq yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən həmin xidmət məkanlarında bu funksiya artıq işləkdir.

Yeni funksiya “BƏXŞİŞ” adlanır. Müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik həm təsərrüfat-xidmət obyektləri, həm də kart sahibləri üçün müştəri məmnuniyyəti yaradacaq və nağdsız ödəniş ənənələrinə daha bir töhfə verəcək. Yaradılmış yeni imkan turizmə əlavə dəstək verəcək, ölkəmizə gələn xarici turistlərin rahatlığı baxımından da faydalı olacaq”.

“Xidmətdən yararlanmaq istəyən təsərrüfat-xidmət obyektlərinin sahibləri POS terminalların quraşdırılması üçün bankın 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər”,-deyə məlumatda qeyd edilib. (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort