Be. Mar 30th, 2020

Afət Həsənovanın seçki dairəsindən şikayətlərə BAXILDI

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Turkustan.info xəbnər verir ki, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib. O qeyd edib ki, müraciət edən namizəd Elçin Baxışov həmin dairədən 1-dən 31-ə kimi bütün seçki məntəqələrində pozuntuların olduğunu iddia edib.

İ.Məmmədovun sözlərinə görə, namizəd nəticələrin ləğv edilməsini tələb edib.

MSK-nın ekspert qrupunun rəyi əsasında E.Baxışovun şikayəti təmin olunmayıb.

Qeyd edilib ki, namizədin iddia etdiyi məntəqələrdən bir neçəsi əvvəlki iclaslarda ləğv edilib.

Xatırladaq ki, 9 fevral parlament seçkilərinin ilkin nəticələrinə görə 32 saylı dairədə lider namizəd Afət Həsənovadır. O, Suraxanı rayon İcra Hakimiyyətinin başçısının müavinidir.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort