C. Apr 10th, 2020

Bakının İtaliyadan aldığı hərbi təyyarə nəyə qadirdir?

Azərbaycanın İtaliya ilə əməkdaşlığı genişləndirmək çərçivəsində bu ölkənin “Leonardo S.p.A” şirkətindən “M-346” hərbi təyyarələrini alması sözügedən reaktiv təlim-məşq təyyarəsinin xarakteristikasını gündəmə gətirib.

Sözügedən təyyarənin taktiki-texniki xüsusiyyətlərini təqdim edirik:

Ümumi parametrləri:

Ekipaj: 2 nəfər

Uzunluğu: 11.49 m

Qanad uzunluğu: 9.72 m

Hündürlüyü: 4.76 m

Qanadının sahəsi: 23.52 m²

Boş çəki: 4,610 kq

Yüklü çəki: 6,700 kq

Maksimum yükgötürmə: 9,500 kq

Uçuş keyfiyyətləri:

Maksimal sürət: 1,059 km/s

Uçuş məsafəsi: 1,981 km

Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə)

Uçuş hündürlüyü: 13,716 m

Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq

Qanad yüklənməsi: 285 km/m²

Çəkmə gücünün çəkiyə nisbəti: 0.84

Silahlanması:

Xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər.

Məlumat üçün bildirək ki, əvvəllər Rusiyanın “Yakovlev” şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra “Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə “Alenia Aermacchi”nin “Finmeccania” şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən “Leonardo S.p.A” şirkəti olub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında M-346 hərbi təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər. Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb. (axar.az)

Paylaş:

mersin escort bayan mersin escort