Be. Mar 30th, 2020

Elçibəyin oğlu maddi vəziyyətindən danışdı: “İdarə edirik”

“Anamın vəfatından sonra eks-prezidentlərin ailə üzvləri üçün ayrılan vəsait bizə ödənilmir”.

Turkustan.info bildirir ki, bu sözləri Modern.az-a Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O qeyd edib ki, həmin vəsait eks-prezidentin 18 yaşına çatmamış övladlarına ödənilir:

“Əslində mənim həmin vəsaiti almamağım qanunla düzgündür. Anam dünyasını dəyişəndən sonra mənə ödəniş düşmür”.

Ərturqut Əliyev bildirib ki, hazırda maliyyə durumu qaydasındadır:

“İdarə edirik”.

Ərturqut Əliyev bir müddət öncə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Əbülfəz Elçibəyin Bakıda təmir olunan evinə köçmədiyini deyib:

“Hazırda Bakıdayam. Amma evimizə hələ ki, köçməmişik. Mebellər və evin təmizliyi işi həll edilməyib. Bu həll ediləndə köçəcəyik”.

Xatırladaq ki, eks-prezidentlər haqqında qanuna görə, vəfat etmiş prezidentin həyat yoldaşına və öhdəsində olan ailə üzvünə müavinət ödənməlidir. Belə ki, keçmiş prezidentin vəfat etməsindən sonra onun həyat yoldaşı və ya həyat yoldaşı olmadıqda, öhdəsində olan uşağa aylıq pensiyanın 50 faizi məbləğində aylıq müavinət ödənilir. Qanunla sabiq prezident vəfat etdikdə onun həyat yoldaşına vəfat etdiyi, öhdədə olan uşağa isə 18 yaşına çatdığı tarixədək vəsait ödənilməlidir.

Paylaş:

mersin escort bayan mersin escort