Be. Mar 30th, 2020

“İdlibdə ya Türkiyənin dediyi olacaq, ya da…”

Toğrul İsmayıl: “Rusiya təbliğatı Azərbaycanda çox təsirli olduğu üçün elə təəssürat yaranır ki, sanki Suriyada məsələ bitib, Əsəd hər şeyə hakimdir”

Suriyanın İdlib vilayətində Türkiyə və Suriya qoşunları arasında gərginlik durmadan artır. Son məlumatlara əsasən, İdlibdə aviazərbələr nəticəsində Türkiyə ordusunun 2 əsgəri şəhid olub. Əsəd rejiminin isə 50-dən çox əsgəri öldürülüb, 5 tank, 2 zirehli avtomobil, 2 silahlı pikap və 1 topu məhv edilib.

Qarşıdurmalar nəticəsində dağıntıların miqyası da kifayət qədər artıb. Üstəlik, son 15 gündə hava və quru hücumları nəticəsində, ən azı 100 vətəndaş həyatını itirib.

Turkustan.info bildirir ki. AYNA-nın mövzu ətrafında suallarını Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl cavablandırıb.

– Toğrul müəllim, İdlib ətrafında, əsasən də Rusiya ilə Türkiyə arasında gərginlik artır. Baş verənlərin gedişatını necə proqnozlaşdırırsınız?

– Əslində, Türkiyə ilə Rusiya arasında ciddi, şiddətli qarşıdurma olduğunu düşünmürəm. Sadəcə, iki ölkə arasında strateji əməkdaşlıq olsa da, bu istiqamətdə fikirlər üst-üstə düşmür və nəticədə belə xoşagəlməz hadisələr yaşanır. Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Münhen konfransında mövzu ilə bağlı açıqlama verərkən, fikirlərin hər zaman üst-üstə düşməyəcəyini qeyd etmişdi. Təbii ki, hər ölkənin öz maraqları var və bu istiqamətdə də hərəkət edirlər. Hazırda Rusiya Əsəd rejimi vasitəsi ilə hərəkətə keçsə də, mütləq surətdə Türkiyə bunun qarşılığını verəcək və artıq verməyə də başlayıb. Türkiyə də eyni strategiyanı həyata keçirərək Əsəd rejiminə müxalif olan qüvvələrə dəstək verir və hücumlar həyata keçirir. Yəni Rusiya Əsədə dəstək verirsə, Türkiyə də Əsədə müxalif olan qüvvələrə dəstək verir. Hadisələr də bu şəkildə inkişaf edəcək. Lakin istənilən halda əvvəl-axır iki ölkənin bir araya gəlib görüşməsi lazımdır. Çünki Türkiyənin İdlib məsələsində geri addım atmaq şansı və niyyəti yoxdur. Əks halda böyük problemlər ortaya çıxa bilər.

 Dəfələrlə Rusiya, Türkiyə və İran rəhbərləri arasında Suriya ilə bağlı görüşlər keçirilib və göründüyü kimi nəticəsi müsbət deyil. Rusiya tərəfi yenə üç ölkə arasında zirvə görüşü keçirməyi təklif edib. Yenidən bir araya gəlməyin mənası olacaqmı?

– Rusiya müzakirələrdə “öz əlini gücləndirmək” üçün İranı da prosesə cəlb etmək istəyir. Amma dediyim kimi, nə olur olsun, Türkiyə geri addım atmayacaq və belə bir imkanı da yoxdur. Ona görə də ya Türkiyənin istədiyi qəbul olunacaq, ya da hazırkı tərəfdaşlıq iflasa uğrayacaq. Ki, Rusiya indiki məqamda buna heç hazır deyil. Digər tərəfdən, bu məsələdə NATO da Türkiyənin yanında yer alır. Hətta, bu gün Almaniya Kansleri Angela Merkellə Fransa Prezidenti Emmanuel Makron Putinə zəng dərək İdlibdəki gərginliyin artmasının qarşısını almağı tələb ediblər. ABŞ da baş verənlərə son günlər açıq şəkildə etirazını bildirir. Sözügedən ölkələr açıq-aşkar olmasa da, dolayısı ilə Türkiyənin yanında olduqlarını göstərirlər. Yəni Rusiyanın təkbaşına bu yükün altına girməsi olduqca çətin məsələdir.

 Suriyada baş verən proseslər artıq neçənci dəfədir ki, səngiyir, sonra yenidən qığılcımlanır. Hadisələr nə vaxta qədər bu şəkildə cərəyan edəcək, yaxud birdəfəlik öz həllini tapacaqmı?

– Təəssüf ki, Suriya problemi hələ uzun müddət davam edəcək. Rusiya təbliğatı Azərbaycanda çox təsirli olduğu üçün elə təəssürat yaranır ki, sanki Suriyada məsələ bitib, rejim torpaq bütünlüyün təmin edib və gərginlik sadəcə İdlibdə qalıb, lakin elə deyil. Suiryanın böyük hissəsi Amerikanın nəzarəti altındadır, kürd qruplaşmaları müstəqillik istəyir, Suriyanın müxtəlif ərazilərində terror qruplaşmaları fəaliyyət göstərir, İŞİD sıradan çıxarılmayıb və müxalif qüvvələr güclənməkdə davam edir. Əslində, həqiqət budur. Konstitusiya ilə bağlı danışıqlar gedir, tərəflər demokratik seçkilərin keçirilməsi üçün üçün son mərhələyə gəliblər. Ona görə də İdlibdə müxalifləri məhv etməklə Rusiya Bəşər Əsədi daha da gücləndirmək istəyir ki, mütləq hakimiyyət Əsədin əlində olsun və Rusiya Suriyada öz varlığını qoruyub saxlaya bilsin. Çünki Əsədin hakimiyyətdən getməsi ilə Rusiya Suriyadan çıxmaq məcburiyyətində qalacaq.

 Özbəkistan Prezidenti yaxın günlərdə Türkiyəyə rəsmi səfər etdi. Ondan əvvəl də Türkiyə Ukraynaya açıq dəstək nümayiş etdirmişdi. Fevralın 24-25-də isə Ərdoğanın Azəbayacana rəsmi səfəri baş tutacaq. Bu siyasi gedişlər Ankaranın Moskvaya hansısa mesajı ola bilər?

– Düşünmürəm. Türkiyənin Ukrayna və Orta Asiya coğrafiyası ilə yaxşı münasibətləri var və bu ölkələrlə dostluq münasibətləri nümayiş etdirilir. İslam Kərimovun Prezident olduğu zamanlarda Özbəkistan-Türkiyə münasibətləri çox da yaxşı deyildi. İndi isə yavaş-yavaş münasibətlər düzəlməyə başlayır. Bu ölkələrlə Türkiyənin ortaq maraqları var deyə, görüşlər mütəmadi olaraq davam edir. Türkiyə Rusiyaya görə Ukrayna ilə münasibətlərini poza bilməz, eyni zamanda, Ukraynaya görə də Rusiya ilə münasibətləri korlamaz. Məsələn, ABŞ Türkiyənin NATO üzrə müttəfiqi olmasına rəğmən, Suriayada YPG- PKK terrorçularına dəstək verir. Buna rəğməm Türkiyə Amerika ilə əməkdaşlığa davam edir. Çünki dövlətlərin mənfəətləri var və bu istiqamətdə də hərəkət etmək lazmdır.

– Hadisələr pik həddə çatsa, Azərbaycan Türkiyə ilə Rusiya arasında seçim etmək məcburiyyətində qala bilər?

– Azərbaycanın bu məsələdə öz mövqeyi olduğunu düşünürəm. Azərbaycan Qarabağ problemində kim ona dəstək versə, onun da yanında yer alacaq. Yəni Azərbaycan torpaq bütövlüyünü düşünürsə, ona dəstək verənə dəstək verməlidir.

 

Paylaş:

mersin escort bayan mersin escort