Be. Mar 30th, 2020

Putin Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib

Russian President Vladimir Putin delivers his speech on the eve of the Asia-Pacific Economic Cooperation (APEC) summit in Vladivostok on September 7, 2012. APEC leaders' summit in Russia's far eastern port city of Vladivostok will take place on September 8 and 9. AFP PHOTO / POOL / ALEXANDER NEMENOVYURI KADOBNOV/AFP/GettyImages

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, toplantıda ölkənin sosial-iqtisadi inkişafına dair mövzular müzakirə olunub.

“Bundan başqa bu axşam planlaşdırılan Rusiya və Türkiyə prezidentləri arasındakı telefon danışığı kontekstində Suriyanın İdlib əyaləti ətrafındakı vəziyyət barədə müzakirələr aparılıb. Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı telefon danışığı barədə də məlumatlandırıb”, – deyə D. Peskov qeyd edib.    /apa/

Paylaş:

mersin escort bayan mersin escort