Be. Mar 30th, 2020

SON DƏQİQƏ: YAP-ın deputatlığa namizədi həbs olundu – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Neftçala İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub.

Turkustan.info-nun məlumatına görə, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub.

43 yaşlı G.Sadıqova Sabir Rüstəmxanlının lider olduğu dairədə səsvermə günü cəmi 350 səs toplayıb.

Qeyd edək ki, G.Hacıyevanın otağına baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

/Qafqazinfo/

 

Paylaş:

mersin escort bayan mersin escort