C. Apr 10th, 2020

Daha bir ölkədə koronavirus həyəcanı

İtaliyada yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 50 nəfəri keçib.

Turkustan.info  xəbər verir ki, bu barədə Şimali İtaliya Lombardiyasının prezidenti Attilio Fontana Milanda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Lombardiyada koronavirusu yoxlamaq üçün aparılan analizlərin cavabı 39 nəfərdə müsbət olub: “ Bu insanların hamısı Lodi şəhərinin cənubunda yaşayır”.

Fontana onu da bildirib ki, qonşu Veneto bölgəsində yeni növ koronavirusa yoluxanların sayı hazırda 12 nəfərdir.

Bu məlumatları Venetonun regional idarələri də təsdiqləyib. Bölgə prezidenti Luka Zaya bildirib ki, virusa yoluxan on iki nəfərin doqquzu Vaud (Padua əyaləti) şəhərində yaşayır. Bundan əlavə, Çindən gələn və Vo şəhərində daimi yaşayan 8 immiqrant koronovirusdan analiz vermək üçün yerli xəstəxanaya aparılıb.  /Modern.az/

Paylaş:

mersin escort bayan mersin escort