C. Apr 10th, 2020

“Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim…”

Fevralın 18-də Əməkdar artist Nuriyyə Hüseynova Heydər Əliyev adına Sarayda tələbəliylə birlikdə muğam kompozisiyası ilə çıxış edib.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsert haqda Moderator.az-a açıqlamasında Əməkdar artist bunları deyib:
“Konsert Heydər Əliyev adına Sarayın təklifi ilə baş tutdu. Onların özlərinin “Muğam” layihəsi var və məni də dəvət etdilər ki, konsertdə tələbələrimlə iştirak edim. Mən də İncəsənət və Mədəniyyət Universitetində dərs dediyim tələbələrimlə bir muğam kompozisiyası hazırladım və adı isə “Muğamlara səyahət” adlanırdı. Kompozisiya təxminən 40-45 dəqiqı davam etdi. Azərbaycan muğamlarından “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Cahargah”, “Segah” və bunlarla yanaşı, klassik xalq mahnılarını da səsləndirdik. Yəni uğurlu bir proyekt idi və bizim belə layihələrimiz çox olub”.
Əməkdar artist gələcək üçün Xocalı soqırımı haqda da bir kompozisiya hazırlamaq fikrində olduğunu bildirib:
“Xocalı faciəsi bizim elə bir kədərli tariximizdir ki, orda musiqiylə bağlı işlər görməyə adamın ürəyi gəlmir. Əslində bununla bağlı teatrallaşmış bir şey etmək lazımdır. Düşünürəm ki, Xocalıyla bağlı elə bir kompozisiya hazırlayım ki, faciəni orda əks etdirə bilim. Bir neçə il öncə Ankarada vəkillər bürosunda bir vəkilin vasitəçiliyi ilə Xocalı faciəsinin ildönümünü qeyd edirdilər və məni də ora dəvət etmişdirlər. Həmin tədbirdə sözləri Xalq şairi Zəlimxan Yaquba aid olan bir duet oxuduq. Musiqinin müşaiyəti zamanı Xocalıda baş verən hadisələr əks olunurdu, amma ondan sonra biz Qarabağla bağlı bir neçə mahnı işləsək də, gördük ki, alınmır, çünki bu gün sırf matəm günüdür”.

Paylaş:

mersin escort bayan mersin escort