C. Apr 10th, 2020

Haaqa məhkəməsindən Moskvaya zərbə – Kiyevin iddiası təmin edildi

Haaqadakı beynəlxalq arbitraj Kiyevin Moskvaya qarşı qaldırdığı iddiasında öz yurisdiksiyasını təsdiqləyib.

Turkustan.info xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Ukrayna Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Məhkəmənin qərarına əsasən, Ukraynanın iddialarının əhəmiyyətli tərəfləri, o cümlədən Rusiyanın Kerç boğazında və Azov dənizində BMT-nin Dəniz hüququ haqqında Konvensiyasını Rusiyanın pozması ilə əlaqəli məsələlərə baxılacaq.

Eyni zamanda, arbitraj məhkəməsi Krımın suverenliyinə dair məsələlərə baxmayacaq.

2016-cı ildə Ukrayna Rusiyanı BMT-nin Dəniz Qanunu haqqında Konvensiyasını “pozmaqda” ittiham edərək arbitraj işlərinə başlayıb.

Kiyev Qara, Azov dənizlərində və Kerç boğazında sahil dövləti olaraq hüquqlarını təsdiqləməyi və Moskvanı ona təzminat ödəməyi tələb edib.

Bundan əlavə, 2018-ci ildə Ukrayna diplomatları bəyan ediblər ki, Rusiya rəsmi Kiyevin Krımın ətrafındakı dəniz şelfindəki təbii sərvətlər, neft, qaz və balıq ehtiyatlarına olan hüquqlarını pozub.   /konkret.az/

Paylaş:

mersin escort bayan mersin escort