C. Apr 10th, 2020

İsgəndər Həmidovun oğlu: “Onların maddi yardımından imtina etdik…” – VİDEO

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov yanvarın 24-dən etibarən koma vəziyyətindədir.

İsgəndər Həmidovun müalicəsi ilə məşğul olan professor Adil Qeybulla Musavat.com-a açıqlamasında bilidirib ki, İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır, lakin xəstəxanaya gətirildiyi günlə müqayisədə xeyli irəliləyiş əldə edilib.

Adil Qeybulla hazırda reanimasiyada olan İsgəndər Həmidovun yanına yalnız onu müalicə edən həkimlərin buraxılmasına icazə olduğunu söylədi. Bu səbəbdən də içəri daxil olub, İsgəndər Həmidovun görüntülərini ala bilmədik. Lakin həkim bildirdi ki, yaxın günlərdə İsgəndər Həmidovun palataya köçürülməsi planlaşdırılır.

İsgəndər Həmidovun oğlu Məcid Həmidov isə atasının müalicəsi üçün indiyədək bütün xərclərin ailəsi tərəfindən qarşılandığını deyib. Bir sıra şəxslərin maddi yardımından imtina olunub. Məcid Həmidov onu da qeyd edib ki, indiyədək yalnız 2-3 nəfər siyasətçi xəstəxanaya gələrək, İsgəndər Həmidovla maraqlanıb.

Paylaş:

mersin escort bayan mersin escort