C. Apr 10th, 2020

“Sağlam Qida” Könüllülərinin Şamaxı Forumu keçirildi – FOTO

Məlumunuzdur ki, cənab Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etmişdir. “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Zeytun Bağları”-nın birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində 21 fevral 2020-ci il tarixində 1 günlük Azərbaycanda ilk dəfə olaraq sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirən “Sağlam Qida” Könüllülərinin Şamaxı Forumu keçirildi.
Forumun keçirilməsinin məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdi. Forumda aidiyyəti üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçirildi, www.saglamqida.az saytı təqdim olundu. Gənclərlə maraqlı diskusiyalar çərçivəsində forum davam etdi.
Forumda “Qida təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi / çətinliklər, görülən işlər və hədəflər”, “Sağlam qida sağlam gələcəyin təminatıdır”, “Sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” panellərində peşəkar mütəxəssislərin iştirakı ilə müzakirələr baş tutacaqdır.
Nəzərinizə çatdıraq ki, növbəti aylarda da bu istiqamətə digər regional forumların keçirilməsi planlaşdırılmışdır.

Vidadi Fatullayev adlı şəxsin şəkli.

Vidadi Fatullayev adlı şəxsin şəkli.

Vidadi Fatullayev adlı şəxsin şəkli.

 

Paylaş:

mersin escort bayan mersin escort