Ca. Apr 9th, 2020

Türkiyə-Rusiya gərginliyi: Hələ çox maskalar yırtılacaq – ŞƏRH

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında fevralın 21-də telefon danışığı olub.

Telefon söhbət zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Belə ki, R.T.Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının vacibliyini vurğulayıb. Türkiyə lideri bildirib ki, İdlibdə vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir.

Rusiya Prezidenti Vladimir Putin İdlibdə radikal qrupların aqressiv təxribatlarından dolayı yaranan narahatlığı dilə gətirib. Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Türkiyə və Rusiya rəhbərləri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, danışıqlar sövdələşmənin əldə olunacağına dair kövrək ümidlərə rəğmən nəticəsiz başa çatıb:

“Telefon danışığının təşəbbüskarı Ərdoğan idi. Ümumiyyətlə, Putin nadir hallarda özü kiməsə zəng etməyə üstünlük verir. Putinin neçə illik taktikası belədir ki, tərəfdaşları onunla hesablaşmalı və birinci onlar Kremlə zəng etməlidirlər. Liderlər bu dəfə Suriyanın İdlib şəhərinin ətrafındakı vəziyyəti müzakirə etdilər. Telefon danışığının xəbəri Rusiya və Türkiyə mətbuatında fərqli şəkildə izah olunub. Türkiyə mətbuatı yazır ki, telefon danışığında liderlərin Soçi anlaşmasına riayət edilməsi gərəkliyi vurğulanıb. Ankaranın istəyi də məhz budur. Ancaq problem ondadır ki, Ankara ilə Moskva mətni heç yerdə yayınlanmayan Soçi razılaşmasını fərqli dəyərləndirirlər. Türkiyəyə görə bu razılaşma İdlib ətrafında tampon bölgənin yaradılması və atəşkəsin qorunmasıdır. Rusiyaya görə isə Soçi razılaşması İdlibdəki terrorçuların tərksilah olunmasıdır.

Rusiya mətbuatını isə oxuduqda sanki Putinin telefon danışığında Ərdoğana ultimatum verdiyi görüntüsü yaradır. Rusiya mətbuatında yayımlanan cümlələrə diqqət yetirək: “Putin Ərdoğanın Suriyanı bölməsi planının əleyhinədir”, “İblibdəki ekstremistlər tərksilah olunmalıdırlar”. Belə görünür ki, bu telefon danışığı da nəticəsiz qaldı”.

Ekspert martın beşində gözlənilən dördlü görüşə də münasibət bildirib:

“Martın 5-də gözlənilən dördlü, yəni Türkiyə, Rusiya, Almaniya və Fransa arasında baş tutacağı gözlənilən görüşdə əsas fiqurlar Türkiyə və Rusiyadır. Ərdoğanın sözlərinə görə, hələlik Putin bu görüşə razılığını bildirməyib.

Amma mümkündür ki, Rusiya bu təkliflərlə razılaşsın. Çünki o, Ukrayna məsələsinə görə, Qərbin sanksiyaları ilə üz-üzədir. Bu sanksiyalardan qurtulmaq üçün Putin, Qərb liderləri ilə mümkün olan hər fürsətdən yararlanmağa çalışır. Gözlənilən bu görüşdə Suriya məsələsində əsas Türkiyə ilə Rusiya razılaşmalıdır. Çünki Almaniya ilə Fransa əsas fiqur deyil. Əgər bu razılaşma olmayacaqsa, demək sözügedən görüş də nəticəsiz olacaq”.

Paylaş:

mersin escort bayan mersin escort