01 İyun 2020 13:41

ABŞ-da yaşayan soydaşlarımız Beynəlxalq ana dili günü ilə bağlı tədbir keçirib – FOTOLAR

ABŞ-ın paytaxtı Vaşinqton ətrafında yaşayan soydaşlarımız 21 Fevral Beynəlxalq Ana dili günü ilə bağlı tədbir keçirib.

Turkustan.info xəbər verir ki, tədbiri Azərbaycan icmasının ağsaqqallarından olan Həbib Azərsina aparıb.

Politoloq Zaur Bayramlı tədbirdə geniş məruzə ilə çıxış edib. Natiq İranda, Çində, Rusiyada, Balkanlarda türk dilinin dövlət tərəfindən sıxışdırılmasından bəhs edilib. Qeyd olunub ki, 35 milyon türkün yaşadığı Güney Azərbaycanda ana dili sıxışdırılır. Dövlət türk dilinin orta məktəblərdə tədrisinə icazə vermir, ana dili uğrunda mübarizə aparan milli fəallar təqib olunur. Təbdridə milli kimlik və ana dili uğrunda mübarizə aparan güneyli siyasi məhbusların hazırkı durumundan danışılıb, onlara dəstək ifadə olunub. Qeyd edək ki, BMT-nin YUNESKO fondu tərəfindən 2000-ci ildə 21 fevral Beynəlxalq ana dili günü elan edilib.

ABŞ-da yaşayan soydaşlarımız Beynəlxalq ana dili günü ilə bağlı tədbir keçirib-FOTOLAR

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri