Bz. Apr 5th, 2020

“Bir də heç zaman Xocalı…” Nur-Sultanda beynəlxalq konfrans keçirildi – FOTOLAR

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Türkmənistan və Özbəkistandan tələbə və müəllimlərin iştirakı ilə Qazaxıstanın paytaxtı Nur-Sultandakı Avrasiya Milli Universitetində “Bir də heç zaman: Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adlı beynəlxalq konfrans keçirilib. Bəşər tarixinin ən dəhşətli 5 soyqırımının bir arada anıldığı tədbirdə bir daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib.

Turkustan.info xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutan tədbirdə səfir Rəşad Məmmədov bildirib ki, heç kim bu cür hadisələrin yenidən təkrarlanmasından sığortalanmayıb və konfransın da başlıca məqsədi insanlığın üz qarası olan soyqırımlarla cəmiyyəti tanış etməklə, yenidən bu cür cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaq və insanları sülhə çağırmaqdır.

Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, burada adları çəkilən digər genosid aktları kimi insanların qəlbində sağalmayan yara açıb. Ona görə də bu cür zorakı təzahürlərin qarşısını almaq üçün tariximizi bilməli, eyni zamanda, bizə yaxın olan xalqların tarixini öyrənməliyik. Dünyada xalqlar arasında sülh və həmrəylik qıtlığının yarandığı bir dövrdə tolerantlığın və multikulturalizmin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəməməliyik.

Avrasiya Milli Universitetinin prorektoru Akbota Joldasbekova ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan Səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı soyqırımının daha çox köməksiz qalan yaşlılar, qadın və uşaqları hədəf almasının çox ağrılı olduğunu vurğulayıb.

Digər iştirkaçılar da Azərbaycanın soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra tələbələrin Xocalı soyqırımına və Azərbaycan-Qazaxıstan münasibətlərinə dair sualları cavablandırılıb.
Sonda qazaxıstanlı müğənni Neyla Quliyevanın ifa etdiyi, musiqisi Azad Ospanov tərəfindən bəstələnən və Xocalı soyqırımına həsr olunan “Fevral ildırımı” adlı klip nümayiş olunub.

Paylaş:

mersin escort bayan mersin escort