Ça. Mar 31st, 2020

“Müasir insanın “tənhalıq” dərdi” adlı seminar keçirilib

Müasir insanın “tənhalıq” dərdi adlı psixoloji – fəlsəfi seminar keçirilib. Simsar.az xəbər verir ki, Məcid Məcidlinin təşkilatçılığı ilə keçirilən seminar Park Inn oteldə baş tutub.  Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı Soyqırımı qurbanları 1 dəqiqəlik sükutla yad edilib. Ekspertlər, ilahiyyatçı Hacı Şahin Həsənli, tibb elmləri doktoru, psixiatr  Araz Manuçehri və fəlsəfə elmləri doktoru Mail Yaqub müasir insanın “tənhalıq” dərdi mövzusu ətrafında çıxışlar ediblər.

Depressiyadan danışan A.Manuçehri bu xəstəliyin səbəbləri və ondan xilas olmanın yolları barəsində danışıb. “Depressiyada olan insan mütləq danışmalıdır. Nə iləsə daxilindəkini boşaltmalıdır. Adətən deyirlər depressiya qadınlarda daha çox olur. Mən isə əksini deyərdim. Qadınlar, ağlamaqla qışqırmaqla bu haldan müəyyən qədər çıxa bilir. Amma kişilərdə bu bir qədər çətindir”. deyə o bildirib. Bütün depressiv situasiyalarda çıxış yollarının olduğunu bildirən ekspert bunun əsla intihar olmadığını vurğulayıb. “Ətrafınızdakı yaxınlarınızla danışmağa, bölüşməyə çalışın. Uşaqlarınızla ünsiyyəti artırın.”

Fəlsəfə elmləri doktoru Mail Yaqub isə tənhalıq mövzusu haqqında geniş çıxış edib. O təkliklə tənhalığın fərqindən danışıb. “Təklik tamam başqa bir şeydir. Maddi olaraq tək olmaq başqa, mənəvi tənhalıq isə başqadır. Ətrafında kifayət qədər insanın olmasına baxmayaraq özünü tənha hiss edən insanlardan danışırıq biz. Tənhalıq özü iki növdür. Müsbət və mınfiu tənhalıq” Ekspert tənhalıqdan xilas olmağın yollarından birinin də təkliyə çəkilib öz – özünlə qalmaqda olduğunu bildirib.

Digər ekspert ilahiyyatçı Hacı Şahin Həsənli isə  ailə dəyərlərindən, ailədə məhəbbət və anlayışın olmasının zəruriliyindən danışıb. “Hər şey ailədən başlayır. Ailələrdə hər şey qaydasında olarsa cəmiyyətdə tənhalıq, depressiya kimi neqativ halların da sayı az olar. Ailə təməlləri möhkəm olmalıdır. Bu gün hətta dünya statistikasına da baxsaq görərik ki, hər yerdə boşanmaların sayı artıb. Bu gün bəzi valideynlər övladlarına ailədə hüquqlarının qorunmasından məsləhətlər verirlər. Amma hüquq uğrunda mübarizənin ən uğursuz yeri ailədir. Ailə üçün bir düstur deyim, ailə o zaman möhkəm olur ki, qadın kişinin qürurunu qorusun, kişi də qadının  qəlbini sındırmasın”.

Seminar iştirakçılarla və ekspertlərin diskusiyası ilə davam edib.

Qeyd edək ki, seminarın aparıcısı jurnalist İradə Nurəddinqızı olub. Yaxın günlərdə seminardan hazırlanan videomaterial Youtube – yə yüklənəcək.

Paylaş:

mersin escort bayan mersin escort