Bz. Apr 5th, 2020

Türkiyə-Naxçıvan sərhədi niyə bağlanıb?

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral İranda koronavirus təhlükəsi ilə bağlı Türkiyənin Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdırmasına münasibət bildirib.

E. Özoral APA-ya açıqlamasında bildirib ki, məhdudiyyətlər fevralın 23-də axşam saat 17.00 radələrində qüvvəyə minib.

E. Özoral qeyd edib ki, İranda koronavirus təhlükəsi ilə əlaqədar Dilucu sərhəd-keçid məntəqəsində də bəzi tədbirlər görülüb: “Bu tədbirlərlə bağlı Azərbaycanın rəsmi dairələrinə lazımi məlumatlar verəcəyik. Türkiyə rəsmiləri Azərbaycan rəsmiləri ilə əlaqə saxlayır, müzakirə aparırlar. Naxçıvanın çətin duruma düşməməsi üçün əlimizdən gələn səyləri göstərəcəyik”.

Səfir Dilucu sərhəd-keçid məntəqəsində məhdudiyyətlərlə bağlı tədbirlərin yeni tətbiq olunmağa başlandığını söyləyib: “Bu gün həmin tədbirlərin konkret nələrdən ibarət olacağı dəqiqləşəcək”.

 

Paylaş:

mersin escort bayan mersin escort