Ça. Mar 31st, 2020

AFFA rəhbərliyi “AZE NAKHCHIVAN-KÖLN” klubunu təbrik etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)  icraçı vitse prezidenti Elxan Məmmədov bugünlərdə Almaniyada təsis edilmiş “AZE NAKHCHIVAN-KÖLN SK” futbol klubunun fəaliyyətə başlaması münasibəti ilə klub prezidenti Aydın Karacaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli Aydın Karaca, “AZE NAKHCHIVAN-KÖLN SK” futbol klubunun rəsmi fəaliyyətə başlaması münasibət ilə sizi və kollektivinizi təbrik edirəm. Klubun gələcək fəaliyyətində uğurlar və bol qələbə sevinci arzu edirəm”.
Qeyd edək ki, “AZE NAKHCHIVAN-KÖLN SK” futbol klubu 2017-ci ildə təsis edilsə də klub 2019-cu il noyabrın 5-də qeydiyyata alınıb. 2020-ci il  fevralın 9-da isə klub rəsmi fəaliyyətə başladığını elan edib. Klubun idarə heyətini alman futbol mütəxxəsisləri ilə yanaşı, Almaniyada yaşayan türkiyəlilər və digər xalqların nümayəndələri təşkil edirlər.

Paylaş:

mersin escort bayan mersin escort