Ça. Mar 31st, 2020

“Amerikanın dəstəklədiyi kürdlər Güney Azərbaycan torpaqlarına da iddia edirlər” – İranlı politoloq

“İran türklərinin əsas problemi onların siyasi baxımdan təşkilatlana bilməmələridir”.

Turkustan.info bildirir ki, bu fikirləri Yenicag.info-ya açıqlamasında İranda Azərbaycan türklərinin vəziyyəti, türk dilinin tədrisi və parlament seçkilərini dəyərləndirən İranlı politoloq və yazar Taher Naqavi deyib.

Taher Naqavinin sözlərinə görə, İranda əhalinin böyük əksəriyyətini təşkil edən türklərin ana dilində mətbuatının olmaması və ana dilinin tədris edilməməsi böyük haqsızlıqdır:

“Bir neçə gün bundan əvvəl dünyada Beynəlxalq Ana Dili Günü qeyd olundu. Bu, İranda yaşayan türklər üçün çox önəmli bir gündür. İran əhalisinin böyük əksəriyyəti türklərdən ibarət olsa da, bizim nə öz dilimizdə mətbuatımız var, nə də mədrəsələrdə ana dilimiz tədris edilir. İran Kontitusiyasında təsbit edilmiş bu hüququmuz tapdalanır”.

Naqavi İranda baş tutmuş parlament seçkilərinin qanun çərçivəsində keçirildiyini bildirib. Bununla belə, o, qeyd edib ki, İran türkləri siyasi cəhətdən təşkilatlana bilmədiklərinə görə ölkə parlamentində əhəmiyyətli dərəcədə yer tuta bilməyiblər:

“Burada Şimali Azərbaycan haqqında heç də yaxşı fikirlər səsləndirmirlər. Artıq bir neçə ildir ki, İsrail və Amerikanın dəstəyi ilə PKK, PJAK və kürd terrorçu qrupları Urmiya və Azərbaycan torpaqlarına iddialarını irəli sürməkdədirlər.

Burada əsas diqqət yetirilməli məsələ türklərin vahid bir blok və ya siyasi partiya formalaşdıra bilməmələridir. Əgər belə bir partiya yaradılarsa, bunu yaratmağa imkan verilərsə, biz öz haqlarımızı ən yüksək tribunalardan bəyan edərik”.

Taher Naqavi İranda yaşayan ermənilərin istər qondarma “soyqırımı”, istərsə də Dağlıq Qarabağ məsələsində müxtəlif təxribatlara əl atdıqlarını, amma onların bu cəhdlərinin qarşısını almağa çalışdıqlarını deyib:

“Qarabağ təkcə Azərbaycanın yox, bütün türk dünyasının problemidir. İranda siyasi güc fars şovinistlərinin əlində olduğu üçün ermənilər burada sərbəst hərəkət edə bilirlər.

Ermənilər hər il qondarma “soyqırımı”nın ildönümündə küçələrə çıxırlar, türklər əleyhinə müxtəlif şüarlar səskləndirirdilər. Amma keçən il biz buna mane ola bildik.

Onlarla küçələrdə toqquşduq, ermənilər bizdən bir neçə nəfəri bıçaqla yaraladılar. Buna baxmayaraq, onları yerlərində oturtduq. Ermənilərin yalnız küçələrdə deyil, kilsələrində də bu cür aksiyalar təşkil etmələrinə mane olmaq istəyirik.

Buradan Şimali Azərbycanda yaşayan qardaşlarımıza səslənir ve deyirəm ki, bizim ürəyimiz hər zaman sizlərlə birlikdədir. Onları heç bir vaxt tək buraxmayacağıq. Qarabağ Azərbaycan torpağıdır və onun bir qarışını belə ermənilərə verməyəcəyik. Canımız və qanımız bahasına da olsa, bu torpaqları işğaldan azad edəcəyik”

 

Paylaş:

mersin escort bayan mersin escort