Ça. Mar 31st, 2020

Beynəlxalq Türk Akademiyasının prezidenti: “Xocalıda tarixin ən qanlı faciələrindən biri baş vermişdir”

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:
“26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı yönəlmiş soyqırımı aktı nəticəsində bir neçə saat içində yüzlərlə yaşlı, uşaq və qadın qətl edilmiş, insanlıq tarixinin ən qanlı faciələrindən biri baş vermişdir.

Beynəlxalq Türk Akademiyası olaraq, Xocalı faciəsinin 28-ci ildönümündə qardaş Azərbaycan xalqının üzüntüsünü və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını lənətləyirik. Belə cinayətlərin bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyəti bu vəhşiliyi qınamağa, baş verənlərə obyektiv qiymət verməyə çağırırır, Azərbaycan dövlətinin başlatdığı “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını dəstəkləyirik.

Xocalıda qətl edilən bütün şəhidləri dərin hüznlə anır, Azərbaycan dövlətinə və xalqına başsağlığı veririk”.

Paylaş:

mersin escort bayan mersin escort