Ça. Mar 31st, 2020

Koronavirusla bağlı ABŞ-a ittihamlar – bakterioloji silah izi…

Politoloq: “Yer kürəsində istənilən yerə, istənilən zaman müdaxilə imkanları olduğundan hər bir hadisənin arxasında Amerika olduğu fikri formalaşıb”

Çində meydana çıxan koronavirus təhlükəsi dünyaya yayılmaqda davam edir. Bu virusa yoluxanlarla bağlı hər gün ölüm xəbərləri açıqlansa da, hələ ki dünya elmi koronavirusa qarşı vaksin tapa bilməyib. Virusun nədən və hansı səbəbdən meydana çıxması, yayılması da tam olaraq məlum deyil.

Lakin bütün bunların fonunda iddialar səslənir ki, koronavirus ABŞ tərəfindən laborator şəraitdə hazırlanıb, yayılır. Hesab edilir ki, bu, bir bioloji silah vasitəsilə ortaya çıxarılıb. Xüsusilə də hazırda ABŞ-la münasibətləri yaxşı olmayan ölkələrdə bu virusun sürətlə yayılması iddiaları daha da gücləndirir. Ümumilikdə Amerikanın dünyadakı imici belədir: hazırda bütün pis şeylərin arxasında bu ölkənin  dayandığı ehtimalı, şübhəsi var. Müharibələrdən, terror aktlarından, radikal qruplaşmaların meydana çıxmasından, iqtisadi krizislərin yaradılmasından və idarə edilməsindən tutmuş xəstəliklərin yayılmasına qədər hər bir neqativin yaradıcısının və yayıcısının Amerika olduğu iddia və güman edilir.

bakterioloji silah koronavirus ile ilgili görsel sonucu

Bu, böyük güc olmanın cəzası, yoxsa gerçəyin özüdür?

Hələ 2017-ci il Münhen konfransında çıxış edən “Microsoft”un qurucusu,  milyarder Bill Qeyts xəbərdarlıq etmişdi ki,  dünyada bioloji silah terroru baş verə bilər və bunun nəticəsində bir il ərzində dünyada 30 milyona yaxın insan ölə bilər. Qeyts yaxın 10-15 ildə belə bir terrorun ola biləcəyi barədə xəbərdarlıq edib: “Növbəti epidemiya, gen dəyişikliyi istifadə edilərək kompüter tərəfindən yaradılan bir virusla əlaqəli ola bilər. Bu virus ölümcül və yoluxucu qripin sintetik bir versiyası ola bilər”, – deyə Bill Qeyts bildirmişdi.

Bill Qeytsin dediyi virusun koronavirus olduğuna dair şübhələr hər gün artır. Lakin Amerika iddiaların heç birini qəbul etmir. Belə ki, ABŞ rəsmiləri iddiaların Rusiya tərəfindən yayıldığını bildirirlər və onlar bunu tamamilə əsassız sayırlar. Rəsmilərin bildirdiyinə görə, Twitter, Facebook və Instagram-da bu nəzəriyyə minlərlə profil vasitəsilə yayılıb.

Şənbə günü ittihamlara cavab verən Rusiya XİN onların “saxta” olduğunu deyərək rədd edib. “Bu, məqsədli yalandır”, – Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyinə bildirib.

“BBC Azərbaycanca” yazıb ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin yüksək rütbəli məmuru Philip Reeker bildirib ki, “qərəzli” rusiyalı fəallar koronavirusun mənşəyi ilə bağlı yalan məlumat yaymağa çalışıblar.

bakterioloji silah koronavirus ile ilgili görsel sonucu

İnternetdə bir neçə dildə dolaşan konspirasiya nəzəriyyələrindən birinə görə, bu virus “Çinə qarşı iqtisadi müharibə” aparmaq məqsədi daşıyır.

“Koronavirus haqqında dezinformasiya yaymaqla rusiyalı qərəzli fəallar ictimai təhlükəsizliyi yenidən təhdid etməyə başlayır, diqqəti səhiyyə sahəsində qlobal cavab tədbirlərindən yayındırır”, – ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsini icra edən Philip Reeker AFP agentliyinə bildirib.

Bundan əlavə, sosial media postlarında Microsoft-un həmtəsisçisi Bill Qeyts xəstəliyin yayılmasında əli olduğuna görə ittihamlanıb. AFP agentliyinin məlumatına görə, dezinformasiya kampaniyası yanvarın ortalarında amerikalı müşahidəçilər tərəfindən yeni koronavirusdan üçüncü ölüm elan edildikdən qısa müddət sonra aşkarlanıb.

Bioloji silahların tətbiqinin hələ qədim Roma dövrünə gedib çıxdığı məlum olur. İlkin olaraq belə silah vasitələri mühasirəyə alınmış qala divarlarından, cüzamdan ölmüş xəstələrin meyitlərinin mühasirədə olan qüvvələrin qoşunlarının içinə atılması olub. Bu zaman qalanın daxilində olan qüvvələr epidemiya yayıntısından gücdən düşərək xəstələnir və müdafiə əzmləri qırılırdı. Böyük sayda qəbilələr bu virusa yoluxaraq, dərman preparatlarının və ixtisaslı həkimlərin olmaması üzündən qırılıblar.

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova nə üçün hər bir pisliyin arxasında ABŞ-ın olduğu şübhəsinə aydınlıq gətirib. Politoloq bildirib ki, burada ilk səbəb ondan ibarətdir ki, hər zaman güclünün məsuliyyəti daha böyükdür:

“ABŞ hazırda dünyada tək fövqəlgüc olduğundan Yer kürəsində baş verən yaxşı və pis qlobal əhəmiyyətli nə varsa, onun səbəbkarı Amerikanı bilirlər. İndi Amerika ən qüdrətli, eyni zamanda dünya hegemonluğuna ən iddialı dövlət olduğu üçün hər yerdə Amerika izi axtarılır. Onun fövqəladə gücə malik olması insanlarda belə bir təsəvvür yaradır ki, bunu Amerika edib, öz rəqiblərini zəiflətmək, tək dünya gücünə sahib olmaq üçün bu, Amerikanın planıdır. ABŞ iddialı ölkə olduğu üçün eyni zamanda onun Yer kürəsində istənilən yerə, istənilən zaman müdaxilə imkanları olduğundan hər bir hadisənin arxasında Amerika olduğu fikri formalaşıb. Həm də keçmişdən saysız-hesabsız misallar çəkmək olar ki, ən müəmmalı hadisələrin təşkilatçısının Amerika olduğu məlum olub, yaxud rəqibləri bunu ABŞ-ın üzərinə atmaqla onu nüfuzdan salmağa çalışıblar. Halbuki məsələn, onun rəqibləri Rusiya, Çin, Avropa ölkələri, İran və s. heç də mələk deyillər, onların da bir çox beynəlxalq qalmaqallara səbəb olan hadisələrin təşkilatçısı olması sirr deyil. Sadəcə, ABŞ daha böyük güc olduğundan və onun ambisiyaları, eləcə də bunu həyata keçirmək vasitələri, imkanları daha geniş olduğundan ilk növbədə hər yerdə Amerika izi axtarılır”.

Politoloq söyləyib ki, qədim dövrdə  hər bir hadisənin səbəbkarı Roma imperiyası hesab olunurdu:  “Orta əsrlərdə Osmanlının üç qitədə hegemonluğu dövründə türklər, sonradan İngiltərə imperiya olduqdan sonra ingilislər və s. Müasir dövrümüzdə ”Sion müdriklərinin protokolları” adlı sənəd ortaya çıxdıqdan sonra bütün 20-ci əsr boyunca yəhudilər bütün bəlaların səbəbkarı hesab olunmağa başladı və bu xof davam etməkdədir. Hansı xalq, dövlət ki, güclüdür və iddialıdır, o, hər zaman şübhəlilər sırasına düşür. Məsələn, biz ilk növbədə ölkəmizdə nə baş verirsə, Rusiyanın əli olduğunu düşünürük. Çünki bizim müasir tariximiz bu ölkə ilə sıx bağlıdır, eyni zamanda Rusiya bu regionda hegemonluq iddiasını gizlətmir. Ermənilər hər şeydə türk izi axtarır, çünki Osmanlı təbəəsi olublar, o köləlik xofu onlarda hələ də qalır. Amerika isə qeyd etdiyimiz kimi, liderlik mövqelərini əlində saxlamaqda israrlıdır və bu yolda qarşısına çıxan rəqibləri zərərsizləşdirmək üçün istənilən vasitədən istifadə edir, informasiya savaşından tutmuş terror təşkilatlarının maliyyələşdirilməsinədək. Ona görə də ən güclü və ən iddialı dövlət kimi bu qədər tənqid hədəfinə çevrilir, hər bir müəmmalı və aşkar hadisənin arxasında Amerika izi axtarılır. Bəzən də düşmənləri qəsdən bir çox dövlət çevrilişləri, sui-qəsdlərdən tutmuş virusun yayılmasınadək bir sıra hadisələri onun üzərinə ataraq, ABŞ-ın beynəlxalq nüfuzunu zəiflətməyə çalışırlar. Fransız kriminalistlərinin məşhur bir sözü var: “Charge la femme”! Yəni hər bir cinayətin arxasında qadın izi var, onu axtarın. Beynəlxalq siyasətdə isə belə demək olar: “Charge la America!”” (“Yeni Müsavat”)

Paylaş:

mersin escort bayan mersin escort