Ça. Mar 31st, 2020

Məktəblərdə dərslər dayandırılır? – Təhsil Nazirliyi açıqladı

Yeni tip koronavirusun (Kovid-19) qonşu İranda yayılması və sərhədin bağlanmaması ölkədə böyük narahatlığa səbəb olub.

Belə ki, artıq apteklərdə spirt və tibbi maska tapmaq müşkülə çevrilib. Bu isə öz növbəsində məktəbyaşlı uşağı olan valideynlərin narahatlığını artırıb. Dezinfeksiya işləri aparılsa da, insanlar ev şəraitində virusdan daha yaxşı qoruna biləcəklərini düşünürlər. Buna görə də çox valideyn virus təhlükəsi keçənədək övladını məktəbə göndərmək istəmir.

Maraqlıdır, koronavirusla əlaqədar məktəblərdə tədris müvəqqəti olaraq dayandırıla bilər?

Təhsil Nazirliyi Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, qurum tərəfindən respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair təlimati məktub ünvanlayıb:

“Təlimati məktubda bildirilir ki, ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməlidir. Daha sonra şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməli, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlər ambulator müalicəyə yerləşdirilməlidir.Bununla yanaşı tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla, ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarət artırılmalı, müəssisələrdə aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılmalıdır. Həmçinin ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlər də məhdudlaşdırılmalıdır. Məlumat üçün bildirək ki, ötən həftədən məktəblərdə dezinfeksiya işlərinin icrasına başlanılıb”.

 

Paylaş:

mersin escort bayan mersin escort