Ca. Apr 2nd, 2020

Müəllimi özünü dənizə atan qızdan yazdı: “Nə bilərdim ki…”

“Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq”.

Turkustan.info Modern.az-a istinadən  xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi ötən gecə Bulvarda intihar edən 22 yaşlı Nəzakət Rzazadə barəsində şəxsu feysbuk hesabında yazıb.

O, mərhumla bağlı 3 il əvvəlki xatirəsini bölüşüb:

“2017-ci ildə Dövlət İmtahan Mərkəzi Yaz və Yay qəbul imtahan modelinə keçmişdi. Həmin vaxt Nəzakət Yaz qəbul imtahanında iştirak etdi. Və 637 bal topladı. Həmin ərəfədə Azərbaycan Tibb Universiteti Müalicə işi ixtisası üzrə dövlət sifarişinə keçid balı 635 idi. Nəzakət sevinirdi ki, ödənişsizə düşəcək. Ona görə də imtahandan bir-iki gün sonra rayona-Sabirabada getdi. Amma mən bilirdim ki, yay imtahanında abituriyentlərin böyük əksəriyyəti ballarını qaldıracaqlar. Ona görə də getməmişdən əvvəl hazırlığını davam etdirməsini məsləhət gördüm. Dedi ki, bəsimdi. Qəbul olaram bu balla. Dedim, qızım ödənişliyə düşəcəksən. Özün də rayon uşağısan. İldə 4000 AZN ödənişi çatdırıb vermək var. Gəl əziyyətdən keçib, 1 ay yarım da hazırlaş və balını artır. Ödənişsizə düş və atangilə də dəstək ol. Atasıgil rayonda olurdular. Burada dayısıgildə qalırdı. Və bizim bu danışıqlarımızdan nəticə çıxarmadı və dedi ki, rayona gedirəm. O zaman təklif etdim ki, hazırlıq üzrə təhsil haqqını qarşılayacağıq. Əgər buna görə narahatsansa, getmə. Qüruruna sığdırmadı. Dedi gedirəm. Və getdi.

Bir həftə sonra yay imtahanına qeydiyyatdan keçənlərin sayına baxdım və bildim ki, bu qızın xəyalları suya düşəcək. Pulsuza qəbul ola bilməyəcək. Telefonu götürüb atasına-Muğdət bəyə zəng etdim. Dedim övladınızı göndərin gəlsin, hazırlaşsın. Mən əlimdən gələni edəcəm ki, o artıq bal toplasın. Və atası ilə razılaşdıq. Nəzakət geri qayıtdı. Mən işə gələndə mənlə gəldi, mən gedəndə mənlə birgə çıxdı. Bütün imtahan vaxtına qədər hər gün mənim otağımın arxasında olan otaqda hazırlaşdı. Bütün günü oxudu. Və imtahan ərəfəsi gəldi. Xeyir-dua verib, imtahana yola saldıq. Nəticələr elan olundu. Balı 663 ya 667 idi. Dəqiq xatırlaya bilmirəm. Bircə onu bilirəm ki, həmin il Müalicə işi üzrə keçid balı 661 bal oldu. Və Nəzakət öz fikri ilə qalsaydı, ödənişliyə düşəcəkdi. Amma 663 balla ödənişsiz ixtisası qazandı. Həmin il biz 650 balı keçən hər bir abituriyentə 1000 AZN mükafat verirdik. Həmin mükafatı Nəzakət Rzazadə də qazandı. Mən onu indi də örnək kimi abituriyentlərə misal göstərirdim. Nümunə idi mənim üçün ki, rayon uşağı, atadan-anadan uzaq bu nəticəni qazandı.

Amma indi çox pisəm. Nə bilərdim ki, bir vaxtlar xəyallarının suya düşməsini istəmədiyim bir qızcığaz su çərşənbəsində özünü suya atacaq.

Az öncə atası ilə danışdım. Atası deyir dünən gecə saat 11-dən sonra zəng etdi xeyli danışdıq. Bizdən sonra sevgili olduqları oğlanla danışıb və ondan sonra da özünü atıb. Atasının dediyinə görə axtarış fayda vermədiyi üçün dayandırıblar. Və onlar rayona gedirlər. Sabah axtarış yenidən davam edəcək. Ümidimi üzmürəm. Ona görə də Allah rəhmət etsin sözünü yazmağıma rəğmən deyə bilmirəm”.

Xatırladaq ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn Məmmədov Zöhrab oğlu və Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən Nəzakətin meyitinin axtarışı mümkün olmayıb, B. Məmmədov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.

Paylaş:

mersin escort bayan mersin escort