Ça. Mar 31st, 2020

“Qərb bölgəsində intellektual yarış” layihəsi baş tutdu

Azərbaycan Respublikasının Gənclər Fondunun Maliyyə dəstəyi ilə Ağstafa məktəbliləri arasında “ Qərb bölgəsində intellektual yarış” adlı Breyn rinq turnirinin 1/8 mərhələsi baş tutdu 22.02.2020 tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 13-cü qrant müsabiqəsinin qalibi Aqşin Məmmədlinin “Qərb bölgəsində intellektual yarış” adlı layihəsinin ilk mərhələsi baş tutdu . Layihənin keçirilməsində əsas məqsəd Ağstafa məktəblərinin şagirdlərinin intellektual bilik yarışlarına marağının artırılması , onların dərs və dərsdən kənar məntiq , ümumi dünya görüşü biliklərinin qiymətləndirilməsidir. 16 məktəb komandası 1/4 finala çıxmaq uğrunda bilik mübarizəsi apardılar . 96 şagirdin 6 nəfərlik komandalarla mübarizəsində 48 nəfər 8 komandada mübarizəsini davam etdirəcək . Növbəti yarış 01.03.2020 saat 10:00-da Ağstafa Rayonu Heydər Əliyev Mərkəzində baş tutacaqdır . 1/4 final mübarizəsinin mübarizələri aşağıdakı kimi olacaqdır: 1. N.Həmzəyev adına Göycəli kənd orta məktəb – Texniki-humanitar təmayüllü lisey 2. İ.Salıfov adına Dağkəsəmən kənd 2 saylı orta məktəb – A.Mustafayev adına Həsənsu kənd orta məktəb 3. F.Kərimov adına Muğanlı kənd orta məktəbi – M.Məmmədov adına Sadıxlı kənd orta məktəbi 4. H.Əlizadə adına Köçəsgər kənd 1 saylı orta məktəbi – Dağkəsəmən kənd 1 saylı orta məktəb

Saıd Ahmedlı

Paylaş:

mersin escort bayan mersin escort