Ça. Mar 31st, 2020

“Televiziya aparıcılarının çoxu Azərbaycan dilini bilmir”

“Orta və yaşlı nəsli təmsil edən jurnalistlərin əksəriyyəti rus dilini bilir. Gənc nəsil isə bu məsələdə sələflərini üstələyib. Hazırda gənc jurnalistlərimizin arasında rus və ingilis dillərini bilən xeyli qələm sahibi var. Əlbəttə, bu, qürurvericidir, səsimizin Biləcəridən o tərəfdə eşidilməsini təmin edən başlıca faktordur. Amma peşəkarlıq dil bilgilərini tamamlamalıdı”.

TURKUSTAN.İNFO xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Tanınmış jurnalist bu sahədə müəyyən problemlərin olduğunu da vurğulayıb: “Müxtəlif səbəblər üzündən, ələlxüsus da maddi problemlər ucbatından bir çox peşəkar jurnalist mətbuatı tərk edib. Media üçün xarakterik olan “peşəkar axını” bu gün də davam edir. Peşəkar, üstəlik, bir neçə dil bilən jurnalisti qəpik-quruşla işdə saxlamaq olmaz. Baş redaktorlar bir az səxavətli olmalıdırlar.  Xarici dil bilən jurnalistlərimizin sayının çox olması bizi qürurlandırdığı kimi, öz ana dilində normal cümlə qura bilməyən qələm sahiblərinin sayının artması  məyusluq yaradır. Jurnalist öz ana dilində bazar leksikonu ilə danışmamalıdır. Jurnalistin nitqi səlis olmalıdır”.

Seymur Verdizadə qeyd edib ki, bu problem özünü teleməkanda daha qabarıq şəkildə göstərir: “Özünü “dahi” hesab edən televiziya aparıcılarının çoxu Azərbaycan dilində danışa bilmir. Valideynlərə məsləhət görürəm ki, övladlarına xarici dilləri öyrətməzdən əvvəl Azərbaycan dilini öyrətsinlər”.

Paylaş:

mersin escort bayan mersin escort