Ca. Apr 2nd, 2020

“Valideynləri İbrahimin yolunu düz doqquz il gözləyiblər… Bu da son…” – JALƏ ƏLİYEVA ŞƏHİD İBRAHİM VƏLİYEVDƏN YAZDI

Bu gün acı bir xəbər gəldi. Vətən daha bir şəhid verdi. Əslən Kəlbəcərli olan, taleyinə bir milyondan artıq azərbaycanlı kimi qaçqınlıq, köçkünlük payı düşən, Zərdabı özünə yurd yeri seçən Vəliyevlər ailəsinin igid oğlu, əsgər İbrahim balamız bu səhər şəhid olub. Yağı düşmən, qarı düşmən daha bir can aldı.

Bunu Zərdabdan olan millət vəkili, professor Jalə Əliyeva deyib.

“Daha bir igidimizə qıydı. Kədərimiz böyükdür. Şəhidlərimiz bir evin, bir ailənin deyil, hamımızın övladı, hamımızın ürək yarası, həm də hamımızın qürur yeri, iftixarımızdır. Başın sağ olsun, Vətən! Başın sağ olsun, Azərbaycan!”– deyə, J. Əliyeva əlavə edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Etmənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

Onu da qeyd edək ki, hüzr və dəfn mərasimində iştirak etmək üçün J. Əliyeva Zərdaba yola düşüb.

***

J. Əliyeva artıq bir neçə saatdır Zərdabda olduğunu və şəhidimizin bu gün-fevralın 25-də, rayonun Şəhidlər qəbristanlığında dəfn olunacağını, torpağa tapşırılacağını bildirib:


“Böyük bir izdiham var…Bütün zərdablılar ayaq üstədir…Hər kəs Şəhidilə, Şəhidimizlə vidalaşmaq üçün onun yaşadığı evə, ünvana üz tutur, axın edir…Nə qədər üzüntülü, kədərli bir hal olsa da, gəncimizi, igid övladımızı itirsək də, bu insan selindən, bu mənzərdən qürür duymamaq, iftixar hissi keçirməmək də mümkün deyil…Bu izdiham, bu mənzərə bir daha göstərir ki, bu milləti kimsə əzə, sındıra, məhv edə, kimsə, hansısa güc bu Vətənin bir qarış torpağını belə mənimsəyə, sonadək işğal, ilhaq edə bilməyəcək…Çox tezliklə düşmən Aprel döyüşlərində olduğu kimi və ondan daha ağır,daha layiqli cavabını alacaq, İbrahimlərimizin qanı yerdə qalmayacaq!”

***

01:50

“Bundan bir neçə saat əvvəl şəhid İbrahim balamızın Azərbaycanın üç rəngli bayrağına bürünmüş tabutu doğulub böyüdüyü Zərdab rayonuna gətirildi. İbrahimin ata babaları mənfur erməni işğalından sonra gözəl Kəlbəcəri tərk etmək məcburiyətində qalaraq böyük Vətənimizin Şirvan elinə, Zərdaba köç ediblər. Bir milyondan çox qaçqınımız, köçkünümüz kimi, onlar da məhrumiyətlərə sinə gəriblər, çətinliklərə dözüblər. Qəlblərində gəzdirdikləri Vətən sevgisi, Dövlətə bəslədikləri inamla yaşaylblar hər zaman. Bu sevgi, bu inam onları həyata daha möhkəm bağlayıb. Atası Ələmşah kişi burada Zərdablı Rəfiqə xanımla taleyini birləşdirib. İbrahimin yolunu düz doqquz il gözləyiblər… Bu da son…”.

Bunları isə bir neçə dəqiqə öncə J. Əliyeva öz “Facebook” statusunda yazıb.

O, sonra yazıb:

“Rəfiqə xanım bütün axşam elə ancaq, ay bala, səni gec tapdım, niyə tez getdin, deyə təkrar təkrar özü özünə cavabsız suallar verir. Ata, ana, nənə, baba əsil şəhid ailəsinə yaraşacaq bir təmkin, bir böyüklük nümunəsi göstərirlər. Gecə boyu şəhidimizi qarşılamağa gələn insan selinin səsləndirdiyi Şəhidlər ölməz, Vətən bölünməz şüarı, bu ailənin qüruru, vüqarı, dözümü qarşısında daha da əzəmətlə səslənir sanki! İbrahimin qoca babasının nitqini kaş dinləmiş olaydınız! İxtiyar qoca Vətən sağ olsun, deyir! Prezidentimiz yaşasın, deyir! Allah, özün Dövlətimizi qoru, deyir! Amin, baba, Amin! Biz də bu dualara qoşuluruq! Və şəhidimizə bir daha uca Allahdan rəhmət diləyirik!”

Paylaş:

mersin escort bayan mersin escort