Şb. Apr 4th, 2020

Azərbaycandan İrana elektron vizanın verilişi dayandırıldı – Video

Bu gündən etibarən Azərbaycana gəlmək istəyən İran vətəndaşları elektron visa üçün müraciət edə bilməyəcəklər.

Turkustan.info Baku TV-yə istinadən xəbər verir ki, bununla bağlı e-visa.gov.az portalında İran vətəndaşlarının elektron müraciəti üçün ayrılan bölmə fəaliyyətini dayandırıb.

Bölməyə daxil olarkən mənbə ölkə kimi İranı seçdiyiniz təqdirdə gedilən ölkənin müvafiq siyahıda yer almadığı göstərilir. Daha ətraflı portala daxil olaraq nəticəni yoxlaya bilərsiniz.

Qeyd edək ki, koronavirusun İran ərazisində geniş yayılması nəticəsində ölənlərin sayı durmadan artır. Bununla bağlı Azərbaycanla İran arasındakı sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş jejiminə keçilib. İrandan gələn şəxslərdə hərarət yüksəkliyi aşkar olunduğu təqdirdə onlar ya Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, ya da Bakıdakı Kliniki Tibbi Mərkəzdə nəzarətə götürülür.

 

Paylaş:

mersin escort bayan mersin escort