Ca. Apr 2nd, 2020

“Ermənistan qəbul olunmuş hüquqi sənədlərin şərtlərinə əməl etmir”

“Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş beynəlxalq təşkilatların bir çox sənədləri, o cümlədən 2006-cı ilin dekabrında qəbul olunmuş “ATƏT-in Nazirlər Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanatı”, ATƏT-in 2005-ci və 2010-cu illərdə faktaraşdırıcı və sahə qiymətləndirmə missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsini təsdiq edən rəyləri, “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı öz təsdiqini tapmış və bu ərazilərin azad olunması tələb edilib”.

Bu fikirləri İspaniya Krallığında fəaliyyət göstərən Valensiya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Mübariz İbrahimov bildirib.
O həmçinin deyib: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti dünya birliyi tərəfindən dəfələrlə pislənsə də, beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi şəkildə pozan Ermənistan dövləti qəbul olunmuş hüquqi sənədlərin şərtlərinə əməl etmir və mütəmadi şəkildə atəşkəs rejimini pozur.

Bütün beynəlxalq qurumları xalqımıza qarşı törədilmiş cinayət aktlarına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, məsələlərə obyektiv yanaşaraq ədalətin bərqərar olmasına səy göstərməyə çağırırıq”.

Elnur Eltürk

Paylaş:

mersin escort bayan mersin escort