Şb. Apr 4th, 2020

Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi də Xocalı faciəsinin qurbanları anılıb

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə Beynəlxalq Xəstəxanasının və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” də Xocalı faciəsinin qurbanları anılıb.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən layihə rəhbəri Ruslan Vəliyev bildirib ki, Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitləri belə təhqir etmişlər.

Tədbirdə qeyd edilib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral – Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır.

Paylaş:

mersin escort bayan mersin escort