Şb. Apr 4th, 2020

“Qayda pozan KİV-ləri qınamaq üçün müxtəlif variantlardan istifadə olunur”

“Qara siyahı” Mətbuat Şurası tərəfindən tətbiq edilən ictimai qınaq variantlarının yalnız biri idi. Amma qayda pozan KİV-lərin fəaliyyətini tənqid etmək üçün yeganə vasitə deyildi. “Qara siyahı”dan başqa da müxtəlif variantlar vardır.  Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsiplərini pozan  KİV-lərə ilk mərhələdə  tövsiyə verir,  yol verilmiş xətanın aradan qaldırılmasını istəyir. Əgər tövsiyə dinlənilmirsə, o zaman xəbərdarlıq olunur. Əgər xəbərdarlıq da dinlənilmirsə, ciddi xəbərdarlıq olunur “.

Turkustan.info xəbər verir ki, bu sözləri Yenisabah.az saytına açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.  MŞ-nin hazırda “Qara siyahı”nı tətbiq etməməsi mövzusuna toxunan  Ələsgərli bildirib ki, “qara siyahı”nın ləğv olunması KİV-lərin ictimai qınaqdan kənar qalacağı anlamına gəlmir:

“Qara siyahı”nın olub-olmaması hansısa KİV qurumuna yol verdiyi xətaya görə ictimai qınaqdan yayınmaq prestiji vermir. Qara siyahı olsa da, olmasa da KİV qurumlarından gələn şikayətlərlə bağlı lazımi ölçü götürülür. Yəni, qaydaları pozan KİV-lərə tövsiyələr verilir, xəbərdarlıq və ciddi xəbərdarlıqlar edilir. Hazırda biz tövsiyə, xəbərdarlıq və ciddi xəbərdarlıq formalarından istifadə edirik. Verdiyimiz rəyləri də press-reliz vasitəsilə yayır, ictimailəşdiririk. Bundan sonra hər kəs bilir ki, həmin qurum xətalara yol verən qurumdur və fəaliyyətində nöqsanlar var”.

Paylaş:

mersin escort bayan mersin escort