13 Avqust 2020 09:12

Qazaxıstan: Korrupsiyaya qarşı mübarizədə effektiv təcrübə

Qazaxıstanda korrupsiyaya qarşı mübarizə xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətinin ən vacib strateji prioriteti kimi qəbul edilib.

Korrupsiyanın effektiv şəkildə aradan qaldırılması dünya birliyinin, dövlət qurumlarının, biznesin, qeyri-hökumət sektorunun, həmçinin fəal vətəndaşların birgə səyləri olmadan mümkün olmayacağı anlayışı yaranıb. Bu müstəvidə, Birinci Prezident N. Nazarbayevin təşəbbüsü ilə hazırlanmış Qazaxıstanın yeni antikorrupsiya strategiyası formalaşıb. Korrupsiyaya qarşı mübarizənin milli təcrübəsində hamılıqla tanınan beynəlxalq prinsip və standartların tətbiqi BMT və İƏİT tövsiyələrinin yerinə yetirilməsinin əsas şərtidir.

Təhlil göstərir ki, ağırlıq mərkəzi güc üsullardan istifadəyə doğru çəkilirsə, korrupsiyanın səviyyəsi azca və müvəqqəti olaraq azalır, onun gizlilik və hiyləgərlik səviyyəsi, əksinə artır. Bu baxımından, korrupsiyaya görə edam cəzasının mövcud olması və 10 mindən çox məmurun güllələnməsinə baxmayaraq, vəziyyətin əsaslı şəkildə dəyişdirməyən Çinin nümunəsi göz önündədir. Buna görə, Avropa və Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinin uğurlu strategiyaları düşünülmüş qarşısı alınma, maarifləndirmə və cinayət təqibi üsulların bir biri ilə birləşməsinə əsaslanır.

Bu gün yanaşmalar dəyişir, öyrəşdiyimiz alqoritm və korrupsiyaya qarşı mübarizə sahəsində bütün iş ideologiyası dəyişir. Bütün təşəbbüslər aydın şəkildə müəyyənləşdirilən dəyərlər müstəvidən həyata keçirilir. Bu, ədalət, vicdanlıq, etibardır.

Etibarın müxtəlif aspektləri arasında vətəndaşların korrupsiyaya ilə bağlı münasibətinin əsas dəyişiklik kimi müəyyən edilə bilər. İşlərın nə yerdə olmasını, aşağıdakı faktlarla qiymətləndirilə bilərik.

Bu il “Transparency Kazakhstan” təşkilatının BMT İnkişaf Proqramı ofisinin dəstəyi ilə keçirdiyi “Qazaxıstanda korrupsiyanın vəziyyətinin monitorinqi” tədqiqatına əsasən respondentlərin yarısından çoxu, yəni 54.4%-i ölkədə korrupsiyanın səviyyəsinin azaldığını qeyd ediblər. Sorğuda iştirak edən sahibkarların 76%-i hesab edir ki, Qazaxıstanda rüşvət vermədən və yalnız hüquq müstəvidə çalışmaqla biznesini inkişaf etdirmək mümkündür.

Korrupsiyanın aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək istədiklərini bildirən vətəndaşların sayı artır. Bu, yalnız sözlərdə özünü göstərmir. Qazaxıstan Respublikasının korrupsiyaya qarşı agentliyinə (antikorrupsiya xidməti) edilən müraciətlərin sayı ilbəil artır. Məsələn, son bir ildə bu kimi hallarla əlaqədar 1000-ə yaxın insan Agentliyin çağrı mərkəzinə müraciət etdi ki, bu da 2018-ci illə müqayisədə 3 dəfə çoxdur. Əgər 2018-ci ildə bu cür məlumatlara qarşı 32 məhkəmədən əvvəl istintaq başlanmışdısa, yalnız 2019-cu ildə cinayət işlərinin sayı 66-ya çatdı. Bunlar dövlətin antikorrupsiya siyasətinə inam səviyyəsinin artmasının vacib göstəriciləridir.

Avropa ölkələrinə korrupsiyanın təzahürlərini minimuma endirmək üçün yüz illər tələb olunub, amma indiyə qədər heç kim ondan tamamilə qurtula bilməyib. Bir çox avropalı ekspertlər görülən tədbirlərə baxmayaraq, Aİ-də korrupsiyanın göründüyündən daha geniş yayıldığını və dərin olduğunu vurğulayır. Hər il minlərlə rüşvət, vəzifədən sui-istifadə və israfçılıq hadisələri araşdırılır. Təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, müxtəlif fəaliyyət sahələrində korrupsiyanın geniş yayıldığına dəlalət edən beynəlxalq təşkilatların xüsusi hesabatları və məruzələri, araşdırmaları müntəzəm olaraq yayımlanır.

Korrupsiya ilə əlaqəli şəxslərin məsuliyyətə cəlb edilməsi ilə qarşısının alınması və cəmiyyətdə vicdanlığın davamlı inkişafı praktikaların birləşdirilməsindən ibarət düzgün strategiya seçildi. Nəticələr göz qabağındadır. Dünya Bankının “Dövlət İdarəedilməsi Göstəriciləri” (The Worldwide Governance Indicators) illik araşdırmaya görə, “Korrupsiyanın nəzarət edilməsi” indikatorunda Qazaxıstan 2018-ci ildə mövqelərini ondan əvvəlki illə müqayisədə demək olar ki, iki dəfə yaxşılaşdırıb. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə göstəricilərinə görə, IMD qlobal rəqabət qabiliyyətliliyi reytinqində (IMD World Competitiveness Ranking) nəinki digər MDB ölkələri ilə müqayisədə, həm də Cənubi Koreya, İsrail, İspaniya və digərləri ilə müqayisədə biz ən yaxşı göstəricilərə sahibik.

Korrupsiya Qavrama İndeksində Qazaxıstan 100 mümkün baldan 34 bal toplayaraq, keçən illə müqayisədə göstəricilərini 3 bal və 11 pillə yaxşılaşdıraraq 180 ölkə arasında 113-cü yeri tutdu.

Hər bir ölkənin öz xüsusiyyətləri və fərqləri var. Korrupsiyanın səviyyəsi aşağı olan dövlətlər səviyyəsinə çatmaq istəyində Qazaxıstan bu məqsədə çatmaq üçün sübut olunmuş yanaşma və prinsiplərdən, həmçinin universal mexanizm və vasitələrdən fəal şəkildə istifadə etməyə başladı.

Bu istiqamətdə növbəti addım GRECO-ya daxil olunması idi, bu da milli antikorrupsiya sistemini daha da təkmilləşdirmək üçün Avropa Şurasının ekspert potensialını cəlb edəcəkdir.

Ümumilikdə, çoxlu iş görülüb. Geniş miqyaslı avtomatlaşdırma dövlət xidmətlərində korrupsiya səviyyəsini üç dəfə azaldıb. Vətəndaşların ədalət mühakiməsinə çıxış imkanları xeyli artıb. Dövlət aparatının korrupsioner məmurlardan hərtərəfli təmizlənməsi aparılıb ki, bu da son illər korrupsiya cinayətlərinin davamlı azalmasını müşahidə etməyə imkan verir.

Ötən ilin noyabr ayında Qazaxıstan Respublikasının Prezidenti K.Tokayev, tabeliyində olan işçilər tərəfindən korrupsiya cinayətinə yol verildiyi təqdirdə dövlət qurumları rəhbərlərinin istefaya göndərilmə və şəxsi intizam məsuliyyəti institutunu nəzərdə tutan qanunu imzalayıb.

Xüsusilə, dövlət orqanının vəzifəli şəxsi korrupsiyada ittiham olunursa, bununla bağlı şəxsi məsuliyyətini onun birbaşa rəhbərliyi daşıyacaq. Əgər bunlar  nazirlər, müavinlər, müvafiq akimlər və onların müavinləri kimi siyasi məmurlardırsa, bu halda söhbət istefadan gedəcək və son söz Prezidentin olacaq. Əgər bu rolda inzibati məmurlara aid bir rəhbər olacaqsa, o, vəzifədən azad olunma da daxil olmaqla, intizam məsuliyyətinə cəlb ediləcək. Eyni zamanda, dövlət orqanları rəhbərlərinin tabeliyində olanlar tərəfindən korrupsiya hüquqpozmalarının qarşısını almaq tələbi tətbiq olunur. Sözügedən tədbirlərin görülməməsin ardınca intizam məsuliyyəti tətbiq olunacaq.

Həmin Qanunu ilə ictimaiyyətin bu işə geniş iştirakı ilə həm respublika, həm də yerli səviyyədə normativ-qanun aktların layihələrinin antikorrupsiya ekspertizasını bərpa ediləcək. Vətəndaşların korrupsiyaya qarşı mübarizədə iştirakının artmasının digər bir forması vətəndaşların korrupsiya barədə məlumat verməsi təqdirdə mükafat sistemində dəyişiklik olacaq. Hal-hazırda belə hallarda maksimum mükafat 250 min tənqədirsə (təqribən 1127 AZN), tezliklə bu məbləğ bir neçə milyona qədər artacaq. Qeyd etmək lazımdır ki, Agentliyin təşəbbüsü ilə yaxın vaxtlarda məmurlara yenidən iş yerlərində smartfonlardan istifadə etmək icazəsi veriləcək, bu da qurumun qənaətinə görə həm işdə, həm də vətəndaşlarla qarşılıqlı münasibətlər məsələlərində operativliyini xeyli dərəcədə artıracaq.

Həmçinin, korrupsiyanın əsas səbəblərinin aradan qaldırılması, o cümlədən dövlətin iqtisadiyyatda iştirakının azaldılması, nağd pul dövriyyəsinin aşağı salınması, dövlət qulluqçularının əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, habelə nəzarət funksiyalarının azaldılması məqsədi ilə dövlət qurumlarının və onların tabeçiliyində olan qurumların optimallaşdırılması baxımından da işlər davam etdiriləcək.

Kompleksli şəkildə həyata keçirilməsi nəticəsində korrupsiyanın səviyyəsini kəskin şəkildə azaldacaq digər qanunvericilik tədbirlərinə başlanılıb. Onlardan ən əsas olanı qeyri-qanuni zənginləşməyə görə məsuliyyətin, istisnasız olaraq bütün dövlət qulluqçularının gəlir və xərclər haqqında bəyannamələri dərc edilməsinin, habelə Integrity Testing, ya da sadə dildə desək, peşəkar korrupsiyaya qarşı davamlılığının yoxlanılmasının tətbiqidir.

Qanunun aliliyinin təməlində onun ruhunu anlayışı və dərk edilməsi durur. Bu qabiliyyəti ilə insan yalnız müəyyən təyin edilmiş alqoritm çərçivəsində işləyən maşından fərqlənir. Məhz qanunun ruhu bu və ya digər hərəkətlərin məqsədəuyğunluğunu müəyyən edir. Biz, qanuna hörmətini vicdanlıq kimi fundamental mənəvi dəyərsiz düşünməyin mümkün olmadığını əsas sayırıq.

Vicdanlıq ictimai maraqların prioritetinə yönəlmiş bütün müasir dövlət idarəetmə sisteminin təməl daşıdır. Söhbət, vətəndaşların yetkin bir antikorrupsiya mədəniyyətindən və mükəmməl hüquq tətbiqetmə praktikasından gedir. İƏİT-in siyasəti bunun üzərində durur. Bu olmadan, geniş miqyaslı sosial dəyişikliklər baş verməyəcək. Vicdanlıq açıq və ədalətli cəmiyyətə doğru irəliləməsində mane olan hər şeyi qətiyyətlə rədd etməyi nəzərdə tutur.

İlk addım olaraq, dövlət orqanlarının açıqlıq, şəffaflıq və hesabatlılıq səviyyəsini əks etdirən dövlət orqanlarının ictimai vicdanlıq reytinqinin müəyyənləşdirilməsi metodologiyasının hazırlanmasını nəzərdən keçirilir. Vicdanlıq dövlət qulluqçuları üçün əsas mənəvi dəyər olmalıdır. Və yalnız onlar üçün deyil. Məsələn, kvazi-dövlət sektorunda vicdanlığın təmin edilməsinin ən effektiv vasitələrdən biri kimi ayrı-ayrı milli şirkətlərdə müstəqil uyğunluq xidmətləri işinə başlayıb.

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri