Be. Apr 6th, 2020

Sumqayıtın mədəniyyət müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edib

Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Səidə Səfərova 1992 – ci il fevralın 25 – dən 26 –na keçən gecə erməni vandalları tərəfindən Xocalı şəhərində törədilən soyqırımı haqqında ətraflı məlumat verib. Sonra Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbələri Nağı Səfərov və Raqib İbadzadənin “Xocalı soyqırımı”, “Xocalı Dünya Arenasında” adlı mövzusunda məruzələri dinlənilib. Sonda 26 saylı məktəbin şagirdlərinin hazırladıqları şer və səhnəciklərdən ibarət kompozisiya təqdim olunub. Tədbirin sonunda Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova çıxış edərək, gənc nəslə Azərbaycan xalqının əsrlərlə üzləşdiyi bəlaları unutmamağı, vətənpərvər olmalarının vacibliyini vurğulayıb.

Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, şagirdlərin ifasında şeirlər dinlənilib. Sonda tədbir iştirakçıları Mərkəzi uşaq Kitabxanasının təşkil etdiyi kitab sərgisi ilə tanış olublar.

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində keçirilən tədbirdə məktəbin müəllim və şagirdlərinin ifasında şer və musiqi parçaları səslənib, Xocalı faciəsini özündə əks etdirən kitab və fotolardan ibarət sərgi, eyni zamanda, məktəbin rəsm şöbəsi şagirdlərinin də əl işlərindən ibarət “Xocalı soyqırımı – əsrin faciəsidir” adlı rəsm sərgisi təqdim edilib.

C.Cabbarlı adına mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımına həsr olunmuş video çarx təqdim olunub. Daha sonra mədəniyyət evinin solistləri Pənah Məmmədli, Ədalət Dağlının ifasında musiqi nömrələri, bədii qiraətçisi Əliağa Tapdıqlının ifasında “Azərbaycan bayrağı” şeri, məktəblilərin ifasında mövzu ilə əlaqədar şerlər dinlənilib, azyaşlı uşaqların ifasında Xocalı soyqırımına həsr olunmuş səhnəcik və “Turan” milli rəqs qrupunun ifasında rəqs kompozisiyası nümayiş olunub.

“Gənclik” şəhər klubunda keçirilən tematik gecədə şair Zakir Zahir Xocalı müsibətləri haqqında söhbət açıb və Xocalıya həsr etdiyi şeirlərini söyləyib. Sonra özfəaliyyət kollektivinin üzvü Ruslan Əkbərovun ifasında “Zabul segahı”,  “Saz” kursunun üzvü Aysun İsayevanın ifasında şeirlər, özəaliyyət kollektivinin rəhbəri Leyla Məmmədovanın ifasında “Şəhidlər” haqqında mahnı dinlənilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaş:

mersin escort bayan mersin escort