Bz. Mar 29th, 2020

Xocali soyqırımının 28-ci ildönümü 316 saylı uşaq bağçasında qeyd olunub – Foto

Xocali soyqırımının 28-ci ildönümü Xətai rayonu 316 saylı körpələr-evi və uşaq bağçasının pedaqoji kollektivi tərəfindən qeyd olunub.

Turkustan.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra bağçanın “Uşaqlığın Akademiyası” rus qrupunun uşaqları Xocalı həqiqətlərini özündə əks etdirən şəkillər və videorolikləri təqdim ediblər.

Qrupun tərbiyəçi müəllimləri Əsgərova Səbinə və Sarıyeva İlhamə bildiriblər ki, Xocalı soyqırımının 28-ci ildönümünü bu dəfə uşaqlarımız öz rəsmlərində təsvir etmək istədilərvə biz bu dəfə uşaqların sərbəst seçim etmə hüquqlarına üstünlük verdik.

Qrupun tərbiyəçiləri məlumat verib bildiriblər ki, Xocalı soyqırımı siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictmaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib. Qrupun tərbiyəçi – müəllimləri uşaqları vətənpərvər ruhda tərbiyə etmələri üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər. “Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır”- deyə qeyd etdilər. Sonda “Uşaqlığın Akademiyası” qrupunun uşaqları şerlər söylədilər, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Paylaş:

mersin escort bayan mersin escort