Bz. Mar 29th, 2020

Araq koronavirusla mübarizədə təsirlidirmi?

Professor: “Alkoqol qəbulu bədənə xeyli ziyan vurur, nəinki hansısa faydası olur” 

“Deyirlər, guya koronavirusdan qorunmaq üçün araq içmək lazımdır. Xahiş edirəm belə deyib xalqı alkaş etməsinlər”. Bu sözləri Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov unikal.org-a açıqlamasında deyib. O, həmçinin bildirib ki, insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün Hidrogen Peroksiddən (Perekis) istifadə etmək lazımdır: “Perekisi alıb 3 faizli məhlula çevirin onu şprisə doldurub 3-5 kub santimetr səhər-axşam burunlarınızın deşiyinə tökün. Bir də boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın da gələ bilməyəcək”.

Qeyd edək ki, dünyada koronavirus yayılan andan bütün dünya mütəxəssisləri bu virusla mübarizə apara biləcək vaksin tapmağa çalışır. Hələlik bu cür vaksin icad edilməsə də, mütəxəssislər digər təbii üsullarla virusdan qorunmaq mümkün olduğunu bildirirlər. Məsələn, gün ərzində bir neçə dəfə sarımsaq və soğandan istifadə tövsiyələr arasındadır. Bəzi insanlar isə alkoqolun, xüsusən də arağın içkisinin bu cür viruslara qarşı təsirli effekti olduğunu bildirir. Elmi-tibbi baxımdan da az miqdarda arağın bədənə faydası olduğu da sübut olunub. Lakin bunun əksinə fikir söyləyənlər də var.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, alkoqolla heç bir xəstəliyin müalicəsi yoxdur. Alkoqol qəbulu bədənə xeyli ziyan vurur, nəinki hansısa faydası olur.  Alkoqolun mikrob öldürücü təsiri çox cüzidir. Digər tərəfdən, onun tibbi spirt qədər təsiri olduğunu düşünənlər də yanılır. Alkoqolla qəbul edilən spirt qaraciyərdə parçalanır ki, bu da qaraciyərə çox mənfi təsir edir. Hətta virus infeksiyalara qarşı əllərin spirtlənməsinin özü effektiv vasitə sayılmır.  Viruslara təsir edən maddələr başqadır. Ona görə də insanlar daha sadə, daha effektli vasitələrdən istifadə etməlidir. Həmin vasitələrdən biri əllərin tez-tez yuyulması, səhər saatlarında idmanla məşğul olmaq, təbii qidalar qəbul etmək və qoruyucu maskalardan istifadə etməkdir. Əsasən bu tövsiyələrə əməl etmək lazımdır. Yoxsa ki, alkoqol qəbulu ilə bağlı təbliğat aparmaq tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur. Bu sadəcə alkoqol qəbul edənlərin özlərini ”icad” etdiyi əsasdır”.

Adil Qeybulla viruslarla mübarizədə sarımsaq və soğanın təsirindən də söz açıb: “Sarımsaq, soğan, meyvə-tərəvəzlərin hər birinin tərkibində çoxlu bioaktiv maddələr, vitaminlər, mikroelementlər var ki, bunlar da insan orqanizmi üçün çox effektlidir və maddələr mübadiləsinin düzgün getməsinə köməklik edir. Qalan digər vasitələr, o cümlədən bir qidadan çox qəbul etmək bəzən ziyan verir. Sadəcə olaraq qida maddələrini axar su altında yaxşı yuyulmuş şəkildə qəbul etmək lazımdır. Təəssüf ki,  bəziləri meyvə-tərəvəzin yuyulmasına o qədər də diqqət etmir, nəticədə orqanizmə infeksiya keçə bilir”.

Paylaş:

mersin escort bayan mersin escort