04 Avqust 2020 15:11

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Xocalı soyqırımı ilə bağlı tədbir keçirib – FOTOLAR

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

Əvvəlcə faciə zamanı həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Xocalı facisəinin ermənilər və onların havadarları tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olduğunu bildirib. O, qeyd edib ki, bu faciəyə hüquqi-siyasi qiymət xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolundan bəhs edən natiq onu da vurğulayıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası həyata keçirilir.

Sonda tədbirdə iştirak edən məktəblilər tərəfindən Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin