Ça. Mar 31st, 2020

Dubayda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Dubayda Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) baş konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Xocalı faciəsi zamanı həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının BƏƏ-dəki səfiri Mahir Əliyev, səfir müavini Leyla Süleymanova, Türkiyə və MDB ölkələrinin Dubaydakı baş konsullarının, diplomatik korpusun təmsilçiləri, BƏƏ-də yaşayan və çalışan azərbaycanlılar, ictimaiyyət nümayəndələri, yerli KİV əməkdaşlarının, ziyalıların və digər qonaqların qatıldıqları anım mərasimində çıxış edən Cavidan Hüseynov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu söyləyib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azğınlaşmış Ermənistan silahlı qüvvələrinin insanlığa sığmayan hərbi təcavüzü nəticəsində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, 487 dinc Xocalı sakininin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü qeyd edib. Girov götürülənlərdən 150 nəfərin taleyinin indiyədək məlum olmadığı diqqətə çatdırılıb. Baş konsul tarixin qanlı səhifələrindən olan  Xocalı faciəsinə ilk dəfə hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral tarixinin “Xocalı soyqırımı günü” elan olunduğunu bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması siyasətinin davam etdirildiyini bildirib. Diplomat Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük işlər gördüyünü vurğulayıb. O, öz çıxışında fondun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası çərçivəsində mühüm işlərə imza atıldığını qeyd edib. Cavidan Hüseynov qeyd edib ki, genişmiqyaslı beynəlxalq təbliğatın nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımının real miqyası, dəhşətləri ilə tanış olub. Artıq dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda günahsız, dinc əhaliyə qarşı amansız cinayət ən kəskin şəkildə pislənilib, bu faciənin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamələr qəbul olunub.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Dubay şəhərindəki Baş konsulu İlker Kılıç  azərbaycanlılara qarşı törədilmiş Xocalı qətliamının bütün Türk xalqını kədərləndirdiyini, Türk xalqının və dövlətinin daim Azərbaycanın yanında olduğunu  və 26 fevral tarixinin təkcə qardaş ölkə Azərbaycan üçün deyil, Türkiyə, ümumiyyətlə, bəşəriyyət üçün kədərli bir gün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tarixən ermənilərin türklərə düşmən münasibət bəslədiklərini qeyd edən türk diplomat Xocalı soyqırımının bütün türklərə qarşı törədilən qanlı qətliam  olduğunu vurğuladı. O, Xocalı faciəsinin xüsusi qəddarlıqla törədildiyini vurğulayaraq qeyd etdi ki, “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş və günahsız, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. İnsanlar diri-diri yandırılıb, bir çoxunun başları kəsilib, gözləri çıxarılıb. Baxın budur erməni xisləti…  Bu insanlar azərbaycanlı, türk  olduqları üçün dəhşətli soyqırıma məruz qalıblar.” Türkiyənin Dubaydakı Baş konsulu İlker Kılıç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışıb, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd edib. O, Xocalı faciəsinin insanlıq tarixində qara bir ləkə olduğunu, beynəlxalq ictimaiyyət tərəfindən bu qətliama siyasi-hüquqi qiymətin verilməsinin və cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Çıxış edən digər natiqlər 1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın yaratdığı fəsadlar, digər qanlı hadisələrlə bağlı öz filkirlərini bölüşüblər. Tədbirdə Xocalı soyqırımından bəhs edən müxtəlif kitablar və fotoşəkillər sərgilənib, qonaqlara ingilis dilində broşürlar paylanılıb. Sonda “Xocalı soyqırımı” filmi nümayiş olunub və soyqırım qurbanlarının xatirəsinə ehsan süfrəsi verilib.

Paylaş:

mersin escort bayan mersin escort