Bz. Apr 5th, 2020

Jurnalistlərin “Press” gödəkçələri dəyişdirilir

“Üzərində “Press” yazılmış gödəkcələrlə aksiyalarda iştirak edən, obyektlərə gedən şəxslərin hamısı peşəkar jurnalist deyil. Mətbuat Şurası heç bir jurnalistə gödəkçə verməyib”.

Turkustan.info bildirir ki, bu sözləri yenisabah.az saytına açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. O, deyib ki, gödəkçələr qurumun üzvü olan KİV redaksiyalarına paylanılıb. “Redaksiyalarda çalışan jurnalistlər sonradan həmin iş yerini dəyişəndə, gödəkçələri də özləri ilə aparıblar. Bunlardan bir qismi indi sərbəst jurnalist kimi çalışırlar, amma həmin gödəkçələrdən də istifadə edirlər. Bundan başqa, bəzi neqativ hallar da ortaya çıxıb. Beləki, bəzi şəxslər jurnalist deyillər, aksiya iştirakçısıdırlar, amma özləri kustar üsulu ilə hazırlanmış gödəkçələri geyinərək, özlərini jurnalist kimi təqim etməyə çalışırlar”.

M.Ələsgərli bildirib ki, bu cür halların qarşısını almaq üçün Mətbuat Şurası yeni gödəkçələrin hazırlanmasını sifariş edib. Həmin gödəkçələr hazırlanmasında elə texnologiyadan istifadə edilir ki, kimsə özbaşına onların saxtasını, bənzərini yarada bilməyəcək. Gödəkçələr yaxın vaxtda hazır olacaq və KİV redaksiyalarına paylanılacaq”.

Paylaş:

mersin escort bayan mersin escort