Şb. Apr 4th, 2020

Müxalifət mitinqi təxirə saldı

İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürmüş Fərhad Mehdiyev fevralın 29-da keçirilməsi planlaşdırılan mitinqlə bağlı qərarlarını açıqlayıblar.

Turkustan.info xəbər verir ki, bu barədə  deputatlığa namizəd, mitinq təşkilatçılarından Ruslan İzzətli məlumat verib.

R.İzzətli bildirib ki, mitinq təşkilatçıları hazırkı dövrdə mitinq keçirməyin məqsədə uyğun olmayacağına qərar verib: “Buna görə də fevralın 29-da mitinq baş tutmayacaq”.

Qeyd edək ki, fevralın 24-də İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15:00-dan 17:00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH-dən isə mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsi təklif edilib. (APA)

Paylaş:

mersin escort bayan mersin escort