Be. Apr 6th, 2020

Rusiya Krımın, Ermənistan Dağlıq Qarabağın işğalından əl çəkəcək?

Kim təminat verər ki, işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının yeni “təhlükəsizlik paketinin” şərtlərini yerinə yetirəcək?

ABŞ, Almaniya və Rusiya ekspertlərinin birgə hazırladığı 170 səhifəlik analitik hesabatda Azərbaycanla bağlı da hissə var. Bütövlükdə isə hesabatda Azərbaycandan başqa 5 dövlətin – Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun xarici siyasəti tətqiq edilib, yeni təklif irəli sürülüb. Hesabatın adı da maraqlıdır: “Orta xətdəki dövlətlərin problemlərinin həlli”. Bu, nə deməkdir?

Adı çəkilən dövlətlər üçün yol təklif edilir. Hesabatı hazırlayan ekspertlərin fikrincə, neytral adlanan bu yol Qərblə Rusiya arasında bu dövlətlər uğrunda mübarizəyə son qoymalıdır. Əgər adı çəkilən dövlətlər həmin yolu seçərlərsə, beynəlxalq təhlükəsizlik təminatı alacaqlar.

Hesabatda adı çəkilən 6 dövlət 3 qrup bölünür:

Birinci qrupa Azərbaycan və Moldova aid edilib. Hər iki dövlət bloklara qoşulmur, Qərb və Rusiya ilə yaxşı münasibətlərə malikdirlər. Hər iki dövlət Rusiya ilə Qərb arasındakı qarşıdurmalardan kənarda dayanmaq istəyir.

İkinci qrupa Rusiyanın müttəfiqləri – Ermənistan və Belarus aid edilib. Bu iki dövlət Rusiya ilə hərbi ittifaq içindədir. Buna baxmayaraq, Ermənistan və Belarus suverinitetlərini itirmək istəmir, Moskva ilə müttəfiqliyə xələl gətirmədən Qərblə də yaxşı münasibətlərə malik olmaq istəyir.

Üçüncü qrupa Qərbpərəst dövlətlər – Ukrayna və Gürcüstan aid edilib. Bu iki dövlət Qərbin siyasi və hərbi blokunda yer almağa çalışır və hər ikisinin Rusiya ilə münasibətlərdə problemləri var. Ukrayna və Gürcüstan düşünür ki, Qərb onları Rusiya təhlükəsindən qoruyacaq və ərazi bütövlüklərini təminatında yardımçı olacaq.

Hesabatı hazırlayan ekspertlərin fikrincə, Rusiya ilə Qərbin 6 dövlət uğrundakı mübarizəsində qalib olmayacaq. Bu mübarizə Rusiya ilə Qərbi gərəksiz və qorxulu münaqişəyə sürükləyir. Ona görə də ekspertlər təklif edirlər ki, Rusiya və Qərb adı çəkilən 6 dövlətlə bağlı razılığa gəlməlidir.

Birincisi, 6 dövlətin və bölgənin təhlükəsizliyi ilə bağlı üçlü – ABŞ, Rusiya və Avropa İttifaqından ibarət mexanizm yaradılmalıdır. Üçlü mexanizm 6 dövləti əhatə edən məsələlərlə məşğul olmalı və bu yolla Rusiya ilə Qərb arasında qarşıdurmanın miqyasını azaltmalıdır.

İkincisi, ABŞ, Rusiya və Avropa İttifaqı qərarlarını konsensus əsasında qəbul etməli və adı çəkilən 6 dövlətin neytral siyasətini davam etdirmələrinə dəstək verməlidir.

Üçüncüsü, 6 dövlətə təklif edilməlidir ki, heç bir bloka qoşulmasınlar və özlərini neytral siyasət yürüdən dövlət adlandırsınlar. Bu, onlar üçün “üçüncü yol” kimi qəbul ediləcək. Hesabatda yazılır ki, bu statusa Azərbaycanla Moldova onsuz da malikdir və bu iki dövlətin Qərblə Rusiyanın təklfilərini qəbul etmələri daha asan olacaq. Gürcüstana və Ukraynaya isə yaxın perspektivdə mümkün olmayan NATO üzlüyündən imtina etmələri təklif olunacaq. Bu hesabla Belarus və Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməlidir.

Dördüncüsü, hər bir neytral dövlət üçün individual təhlükəsizlik paketi təklif olunacaq. Bu paketi ABŞ, Rusiya və Avropa İttifaqı təsdiqləyəcəklər. BMT Təhlükəsizlik Şurasının qətnamələrində təhlükəsizlik paketi təminat altına alınacaq.

Hesabat maraqlı görünsə də, təkliflərin reallaşması mümkünlüyü ilə bağlı xeyli suallar yaranır. Tutaq ki, Rusiya Belarus və Ermənistanın KTMT-ni tərk etməsinə, ABŞ isə Ukraynanın və Gürcüstanın NATO-ya üzvülüyündən imtinasına razılaşdı, bəs bu bölgədəki münaqişələrin – Dağlıq Qarabağ, Krım, Donbass, Dnestr, Abxaziya və Cənubi Osetiyanın taleyi necə olacaq? Yəni münaqişələrlə bağlı sülh sazişi imzalanacaqmı, Rusiya Krımdan, Ermənistan Dağlıq Qarabağın işğalından vaz keçəcəkmi?

Bu haqda hesabatda heç nə yoxdur. Hesabatda deyildiyi kimi, Azərbaycan onsuz da neytral siyasət aparır, Rusiya və Qərblə eyni məsafədədir və hər ikisi ilə yaxşı münasibətləri var. Ancaq hesabatda misal kimi göstərilən bu siyasət Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmir. Ermənistan heç BMT-nin mövcud olan 4 qətnaməsini yerinə yetirmir. Kim təminat verər ki, işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının yeni “təhlükəsizlik paketinin” şərtlərini yerinə yetirəcək?

Rusiya 1994-cü ildə Budapeştdə Amerika və Avropa dövlətlərinin təminatı altında sazişə imza ataraq qeyd etmişdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıması qarşılığında bu ölkədəki nüvə silahlarını Rusiyaya daşıyır. Ukraynadakı nüvə başlıqları Rusiyaya daşındı, ancaq Moskva sazişin əsas şərtinə əməl etmədi, 2014-cü ildə Krımı ilhaq etdi. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə yeni sazişə riayət edəcəyini gözləmək çətindir. Elə Amerikanın özü də kiminsə və nəyinsə xeyrinə adı çəkilən 6 dövlətdən öz yanında görmək siyasətindən imtinasını gözləmək əbəsdir. Odur ki, özündə maraqlı ideyaları ehtiva etdirən hesabatın reallaşması problematikdir.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi 

Paylaş:

mersin escort bayan mersin escort