Be. Apr 6th, 2020

“Virus savaşı”: Kim karlı çıxacaq?

Rusiya və Türkiyə milli valyutası sürətlə ucuzlaşır. Fevralın 25-də səhər saatlarında Rusiya rublu dollar qarşısında 83 qəpik dəyər itirib.

Halbuki fevralın 24-də Rusiyada dollar 64,90 rubla satılırdı. Avronun da məzənnəsində artım hiss edilib. İndi bir avro 87 qəpik bahalaşıb, fevralın 24-də isə bu rəqəm 70,40 rubl idi. Türkiyədə də bir dollar 6 lirədən daha yüksək qiymətə 6,1 lirəyə çatıb. Dollar və avronun digər valyutalara, o cümlədən manata necə təsir edəcəyi ilə maraqlandıq.

“Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov dünya bazarında dolların möhkəmlənməsinin səbəblərindən danışıb:

“Dünya bazarında dollar avroya nisbətən daha çox möhkəmlənir. Məsələ ondadır ki, Türkiyə və Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti, xüsusi ilə də neftin qiymətinin ucuzlaşması ilə rublun dəyərsizləşməsi prosesi sürətlənir. Əgər neftin qiymətinin düşməsi davam edərsə, rublun dəyərsizləşməsi prosesi də uzunmüddətli olacaq. Türkiyədə isə vəziyyət nisbətən fərqlidir. Bu ölkədə iqtisadiyyat çox həssasdır və bu sahənin müxtəlif problemlər var. Türkiyənin tədiyyə balansında çox ciddi kəsr var. Bu da lirə üzərində davamlı təzyiqlər formalaşdırıb. Eyni zamanda Türkiyədə gedən siyasi proseslər də məsələyə öz təsirini daha kəskin şəkildə göstərir. Türkiyənin Süriyada son əməliyyatlarından sonra lirə dəyər itirdi. Yəni bir dollar 6.1 lirə dəyərində oldu. Məsələyə təsir edən digər məqam isə İranda yayılan koronavirus epidemiyasının Türkiyənin sərhədlərinə dayanması oldu. Koronavirus epidemiyasının yayılmasına görə Türkiyə İranla əlaqələrinə müəyyən məhdudiyyətlər tətbiq etdi. Bu amillər daxili bazarda valyuta təminatına mənfi təsir göstərdi”.

Ekspert turizm amilinin də lirənin ucuzlaşmasına təsir etdiyini bildirib:

“Başqa bir səbəb isə turizm məsələsidir. 2019-cu ildə Türkiyə İranda 1.5 milyon turist qəbul edib. Bildiyimiz kimi, əsas valyuta gətirən sahələrdən biri də turizm sahəsidir. Koronavirus təhlükəsinə görə sərhədlərdə məhdudiyyətlərin yaranması və uçuşların təxirə salınması bazarlarda valyuta təklifini azaltmaqla türk lirəsinin daha çox ucuzlaşmasına səbəb olur. Proses nə qədər uzun çəkəcəksə, lirənin ucuzlaşması o qədər davam edəcək. Siyasi proseslərdə qeyri-müəyyən danışıqlar da lirənin dəyər itirməsinə təsir edir və belə davam etdikcə daha da sözügedən valyuta daha da ucuzlaşacaq. Türk lirəsi hazırda çox həssas bir bölgədədir”.

Rəsaş Həsənov dolların manata da göstərə biləcək təsirlərindən söz açıb:

“Manatın da məzənnəsi birbaşa olaraq neftin qiymətindən asılıdır. Hazırda neftin qiyməti ucuzlaşır. Bir barel neft 1 dollar ucuzlaşanda, bu Azərbaycan üçün gündə təxminən 600-650 min dollar itki deməkdir. Fevralın 25-i axşam saatlarında neftin qiyməti 55 dollar düşmüşdü. Ona görə də biz indiki halda risklərdən danışa bilərik. Əgər proses uzun müddət davam edərsə, o zaman tədiyyə balansında neft gəlirlərindən yaranan profsit ehtimalı daha da aşağı düşəcək. Bu isə öz növbəsində manatın məzənnəsinə təsir göstərə bilər.

Digər məsələ Türkiyə ilə oxşar olaraq turizm sahəsindən gələn gəlirlərdir. Azərbaycana gələn hər 100 turistdən 8-i İrandan gəlir. İrandan səfərlərə məhdudiyyətlərin tətbiq edilməsi, İran iqtisadiyyatındakı ləngimələrin və ölkə vətəndaşlarının turizm səfərlərinə təsiri son nəticədə Azərbaycana gələn valyuta həcminin azalmasına səbəb olur. Bu məsələ isə manat üzərində təzyiqlərin formalaşmasına gətirib çıxara bilər. Amma indiki halda düşünürəm ki, hökumətin rezervləri müəyyən dövrdə manatın məzənnəsinin sabit saxlanmasına kifayət edəcək”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort